Hazırda 11 saylı CÇM-də həbs həyatı yaşayan mübariz ruhani Hacı Abgül Süleymanova ailəsilə görüşə icazə verilib
İslamazeri.com xəbər verir ki, bu haqda ruhaninin ailəsi mlumat verib. Məlumata görə, ailəsi Hacı Abgülün 41 yaşının tamam olması münasibətilə görüş üçün CÇM müraciət ediblər və müsbət cavab alıblar.Ailəsilə görüşən ruhani dostlara və möminlərə salam göndərib. Ruhaninin səhhəti normal, ruhiyyəsi isə yüksəkdir.
Qeyd edək ki, 7 avqustda ruhaninin 41 yaşı tamam olub.