Tarix : 2017 Aug 10
Kod 52536

Tale Bağırzadə tərəfdarlarına müraciət etdi

“Mən 3-cü kamerada saxlanılırdım, Abbas 5-ci kamerada. Abbasın işgəncələrdən iniltisini eşidirdim. İndi bilindi, kimdir zorakılıq edən?!”
Nur-az.com:Bu sözləri Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə vəkili Yalçın İmanova deyib. Avqustun 8-də vəkil Yalçın İmanov Qobustan həbsxanasında Tale Bağırzadəylə görüşüb. İlahiyyatçı tərəfdarlarını zorakılığın qarşısında sivil, dinc və mütəşəkkil qaydada mübarizə aparmağa çağırıb: “Həzrət Əli (ə) deyirdi ki, min dəfə zorakılığa məruz qalmaq, bir dəfə zorakılıq etməkdən yaxşıdır”. 
O, Qobustan həbsxanasında məhbusları çarmıxa çəkməyin geniş yayılmış cəza üsulu olduğunu deyib: “Başqa məhbusları da belə üsulla cəzalandırırlar, adətən 3 gün olur. Bizimlə heç “Bandotdel”də belə davranmamışdılar. “Bandotdel”də döyürdülər, işgəncə verirdilər, sonra maz sürtüb, sağaldırdılar. İlham Əliyev bir gün mənim burda gördüklərimi görsə, dəhşətə gələr”. 
İlahiyyatçı bildirib ki, 30 iyulda 7 sutka "kars" cəzası alıb, avqustun 6-da "kars"dan çıxıb. Onun sözlərinə görə, cəzalandırılmasına əsas kimi guya karantində səs-küy salması göstərilib: “Halbuki, belə bir şey olmayıb. Karantin otağında havasızlıq və istidən səhhətim pisləşdi, İlkin Axundov adlı nəzarətçidən həkim çağırmasını xahiş etdim, o isə əvəzində məni təhqir elədi”. 
Tale Bağırzadə Abbas Hüseynə edilən işgəncələrə, İlkin Axundov adlı həbsxana əməkdaşı tərəfindən təhqir olunmasına və ardınca qanunsuz "kars"a salınmasına etiraz olaraq, 6 gün aclıq aksiyası keçirdiyini deyib. 
Vəkil ilahiyyatçının hazırda karantində olduğunu bildirib./Rakurs tv/


  • Yazılıb
  • da (də) 2017 Aug 10
  • Göndərən مدير سايت Aran News