Tarix : 2017 Aug 10
Kod 52543

Türkiyə seçim qarşısında: Fələstin, yoxsa sionist rejimi

Türkiyədə islamçı Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra bu ölkə ərəb-sionist rejimi arasında sülh prosesində vasitəçilikdən əlavə, bəzən İsraili tənqid etməkdə hamını ötən bir ölkəyə çevrildi.
Ərdoğan, İsrail rejimini terrorçu dövlət adlandırdı, Qəzzə və İordan çayının qərb sahillərindəki siyasətlərini bərk tənqid atəşinə tutdu, eyni zamanda Fələstin rəhbərləri ilə əlaqələri möhkəmləndirdi.
14 yanvar 2006-cı ildə Fələstin ərazilərində keçirilən seçkilərdən sonra Ankara Xalid Məşəlin başçılıq etdiyi Həmasın yüksək səviyyəli heyətinə evsahibliyi etdi. Habelə, Türkiyənin 2006-cı ildə Livan-İsrail münaqişəsində müstəqil mövqe tutması sionist rejimin siyasətləri ilə təzad təşkil edirdi. Ərdoğan sionist rejimin Livana hücumunu pislədi, Türkiyənin böyük şəhərlərində sionist rejim əleyhinə aksiyalar keçirildi, İsrail bayraqları yandırıldı. Sözügedən diplomatik addımlar istiqamətində Livan münaqişəsi başladıqdan sonra Ərdoğan sionist rejimin hərəkətlərini insafsızlıq və vicdandan uzaq bir hərəkət adlandırdı, dərhal atəşkəs yaranmasına təkid etdi, bu durumun sivilizasiya müharibəsi yaradacağını vurğulayaraq dedi: “İsrail övladları İsrail üçün nə qədər dəyərlidirsə, Fələstin övladları da bizim üçün o qədər dəyərlidir.”
2010-cu ilin mart ayının axırlarında Liviyanın Sert şəhərində ərəb ölkələri başçılarının 22-ci iclasında qonaq kimi iştirak edən Ərdoğan dedi: “Biz Türkiyə dövləti olaraq Yaxın Şərqdə baş verən hadisələrdən qıraqda qala bilmərik. Fələstim məsələsi bizim ən böyük problemimizdir və dərhal bu məsələ üzərində düşünməliyik. Qüds bu coğrafi ərazinin və bütün İslam aləminin gözünün işığı, müsəlmanların ilk qibləsidir. İsrailin Qüdsə təcavüzünü qəbul edə bilmərik. İsrail daxili işlər nazirinin Qüdsü İsrailin paytaxtı adlandırması, bir növ dəlilikdir. İsrail bu mövqei ilə təkcə beynəlxalq qanunları ayaq altına almadı, üstəlik, insani hisləri, tarix və vicdanı da görməməzliyə vurdu.”

Qəzzəyə hücum qarşısında Türkiyənin mövqei
İsrailin Qəzzəyə təcavüzü hadisəsində (27 dekabr 2008-18 yanvar 2009) Türkiyə birbaşa və fəal rol ifa etdi. Çünki Türkiyə münaqişə tərəflərinin (Həmas və sionist rejimi) regionda ən çox qəbul etdiyi bir ölkə idi. Bundan əlavə, həmin dövrdə BMT TŞ-nın qeyri-daimi üzvü və NATO-nun üzvü idi. Bu üzdən Həmasın fikrini BMT-yə çatdıra bilərdi. Ərdoğan Qəzzəyə təcavüzdə İsrailin məsuliyyət daşıdığını bildirdi və Həmasın atəşkəsin şərtlərinə əməl etdiyi bir surətdə İsraili atəşkəsi pozmaqda ittiham etdi. Eyni halda məsuliyyətin bir hissəsini də Həmasa yönəltdi, onu sionistlər yaşayan qəsəbələrə raket atmaqda və müharibəni alovlandırmaqda təqsirli bildi. Təcavüz boyu Ankara sionist rejimin mövqeini qeyri-insani, zülm və qəbul edilməz adlandırdı, Qəzzəyə hücumun dayandırılmasını tələb etdi, bu kimi hərəkətləri ərəb-İsrail sülhünə zərbə kimi dəyərləndirdi. 
29 yanvar 2009-cu ildə İsveçin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Ərdoğan, sionist rejimin prezidenti Şimon Peresin Qəzzə barədə danışıqlarına cavab vermək üçün ona icazə verilmədiyinə etiraz olaraq iclası tərk etdi və Peresə bu sözləri dedi: “Cənab Peres, məndən yaşlısan, amma səsin çox yüksək çıxır. Səsini yüksəltmən özü bir günahlılıq psixologiyasıdır. Ona görə də mənimlə kobud rəftar etdin. Mən, sahildə öldürdüyünüz uşaqları xatırlayıram. Öldürməyi siz daha yaxşı bilirsiniz. Tankların üzərində Fələstinə girdiyimizdə özümü xoşbəxt hiss edirəm deyən iki baş naziriniz vardı. İsrail əhalisinin Fələstin əhalisinin öldürüldüyü xəbərini eşidəndə səni alqışlayır. Bu zaman mən qəmlənirəm. Bu zülmləri alqışlayanlara da ayıb olsun.”

Qəzzənin azadlıq karvanı, Türkiyə və sionist rejim arasında dönüş nöqtəsi
31 mart 2010-cu ildə sionist rejim qüvvələri Qəzzə mühasirəsini sındırmaq məqsədilə azad sularda Qəzzəyə tərəf hərəkət edən Qəzzə Azadlıq Karvanına hücum etdi və Mavi Mərmərə gəmisinin 9 sərnişinini qətlə yetirdi. Hadisədən sonra Türkiyə-sionist rejim münasibətləri dondu. Ankara dövlətinin yüksək səviyyəli rəsmiləri fövqəladə iclasa toplandı. Sionist rejimin Ankaradakı səfiri xarici işlər nazirliyinə çağırıldı. Habelə, Türkiyə xarici işlər naziri sinoist rejimin Mavi Mərmərə gəmisinə hücumunu bərk pisləyərək vurğuladı ki, sionist rejimin bu qeyri-insani hərəkəti onun insanların həyatına əhəmiyyət vermədiyini və sülhə təlaş etmədiyini göstərir. Bunun ardınca Türkiyənin İsraildəki səfiri geri çağırıldı, bu ölkənin sionist rejimlə üç birgə hərbi təlimi ləğv edildi. Ərdoğan İsrailə xəbərdarlıq etdi ki, “Türkiyənin dostluğu güclü olduğu kimi düşmənçiliyi də güclüdür”.
G-20 liderlərinin Toronto sammitində iştirak edən Ərdoğan mətbuata verdiyi açıqlamsında Türkiyənin İsrail qarşısında tələblərini belə saydı: İsrailin üzr istəməsi, beynəlxalq təhqiq komitəsinin yaradılması, Türkiyə bayrağı altında Qəzzəyə tərəf üzən gəmilərin müsadirə edilməsinə görə dəyən ziyanın ödənilməsi, Qəzzənin mühasirəsinə son qoyulması.
Türkiyənin “Qəzzə Azadlıq Gəmisi” barədə mövqei ərəb dünyası qarşısında Ankaranın ən mühüm təşəbbüsü hesab edilir. Çünki bu təşəbbüs Fələstin məsələsinin əhəmiyyətini bir daha gündəmə gətirdi. Bu hərəkət Türkiyənin xarici siyasətinə təsir qoydu, onu fəallaşdırdı, ərəb dünyası məsələlərində, xüsusilə də Fələstin mövzusunda onun siyasətlərinə imtiyaz bəxş etdi. 
Ümumilikdə, Türkiyənin mövqei “Yer, sülh qarşısında”, “Yol layihəsi”, “Ərəblərin sülh təşəbbüsü” kimi Yaxın Şərq sülhü prosesi istiqamətindədir. Habelə, Türkiyə BMT-nin TŞ-nın 242, 338, 1397 və 1515 saylı qətnamələrini dəstəkləyir, işğal edilmiş ərazilərdə qəsəbələr salınmasına qarşıdır, ərəblərin və sionistlərin tarixi çəkişmələrin bitməsi üçün ədalətli və davamlı həll yolu ardıncadır və bunu sərhədlərdə iki təhlükəsiz və tanınmış dövlətin yaradılmasında görür.
Ötən illər ərzində Ədalət və İnkişaf Partiyası Türkiyə-İsrail münasibətlərində tarazlıq siyasəti yaratmaqla fələstinlilərin xeyrinə təlaş etmişdir. Sionist rejimin İraqın şimalındakı fəaliyyətləri və Təl-Əvivin kürdləri dəstəkləməsi Ankaranın bu rejimə qarşı siyasi baxışlarını dəyişdirmişdir.
2002-ci ildə AKP seçkilərdə qalib olduqdan sonra Türkiyə rəsmiləri onun anti-İsrail yanaşmaları ilə razılaşdı. Bununla belə, Türkiyə-İsrail ixtilaflarını xarakterizə etdikdə onu elə də şişirtmək olmaz. Çünki iki tərəf arasındakı münasibətlər o qədər dərindir ki, qeyd edilən əngəllər onlara zərbə vura bilməz.
Ankara rəsmilərinin sionist rejim siyasətlərini tənqid etməsi bizi iki tərəf arasındakı strateji münasibətlərin əhəmiyyətindən yayındırmamalıdır. Məsələn, Şaronun fələstinlilərə qarşı siyasətlərinin tənqid atəşinə tutulması sırasında Türkiyənin sabiq xarici işlər naziri Abdullah Gül, Şaronun işğal edilmiş Fələstin ərazilərində hərəkətlərini tənqid etməklə yanaşı vurğuladı: “Bütün bunlarla yanaşı İsrail ilə münasibətlər Türkiyə üçün önəmlidir və mənim tənqidlərim dostcasına xəbərdarlıqdır.” Bunun ardında Ərdoğan da Amerikada baş tutan Böyük Səkkizlər (G-8) iclasından qayıtdıqda İstanbul hava limanında verdiyi açıqlamasında dedi: “Mənim İsrail dövlətini bərk tənqidlərimdə məqsəd Ariel Şaronun kabinetidir və mən israilliləri tənqid etməmişəm.”
2005-ci ilin əvvəlində Türkiyənin o zamankı xarici işlər naziri Abdullah Gül İsrailə səfər etdi. O, bu görüşdə çox yüksək səviyyədə qarşılandı. Çünki AKP-nin hakimiyyətə gəlməsindən sonra İsrailə səfər edən ilk yüksək səviyyəli rəsmi şəxs sayılırdı. Bu görüş, o zaman baş nazir olan Ərdoğanın sionist rejimin baş naziri Ariel Şaronla görüşməkdən imtina etməsi və onun Fələstin əleyhinə hərəkətlərini “dövlət terrorizmi” adlandırmasının ardınca baş tutmuşdu.
1 may 2005-ci ildə Ərdoğan baş nazir postuna gəldikdən sonra ilk dəfə olaraq işğal edilmiş ərazilərə səfər etdi və bildirdi ki, bu görüş Türkiyə və İsrail münasibətlərini yaxşılaşdırmaq, sülhə nail olmaq istiqamətində təlaş etmək məqsədi daşıyır. Sionist rejim Ərdoğanı çox səmimi qarşıladı, o zamankı xarici işlər naziri Silvan Şalum bildirdi ki, bu görüş iki tərəf arasında isti, davamlı və dərin münasibətlərin göstəricisidir. 
AKP rəhbərlərinin öz münasibətlərini Fələstinlə genişləndirmək istiqamətindəki təlaşlarına baxmayaraq, partiya Ankara-Təl-Əviv münasibətlərini möhkəmləndirmək siyasətlərindən uzaqlaşa bilmədi. İki tərəf arasında münasibətlərdə soyuqluq yaranmasına baxmayaraq hələ də iqtisadi, investisiya, mədəniyyət, hərbi və təhlükəsizlik sahələrindəki münasibətlər çox isti şəkildə davam edir. Bu təzadlı siyasətlər İslam dünyasını, yaxud qərb və sionist rejimini seçməkdə Türkiyəni iki yol ayrıcında saxlamışdır. 
İkitərəfli və qeyri-şəffaf mövqe seçmək Türkiyənin xarici siyasətini və diplomatiyasını sual altına salmışdır, onun prestij və etibarını zəiflədir. Fələstinlilərin üçüncü inqilab adlı axrıncı inqilabları bu mesajı daşıyır ki, işğalçı rejimlə saziş yolu Fələstin böhranını aradan qaldırmaq üçün həll yolu ola bilməz, Türkiyənin də istəyi olan Fələstin ərazilərində Fələstin və İsrail olmaqla iki dövlətin yaradılması yalnız sionist rejimin təcavüzünün davam etməsinə yol açacaq. Ona görə də Fələstin məsələsinin həqiqi həll yolu sionist rejimi məhv və işğal edilmiş əraziləri azad edənə qədər müqavimət yoludur.
Mustafa Rəncbər Məhəmmədi
Qaynaq: Əl-Vəqt

  • Yazılıb
  • da (də) 2017 Aug 10
  • Göndərən مدير سايت Aran News