İslamazeri.com xəbər verir ki, hazırda 11 saylı CÇM-də həbs həyatı yaşayan ruhani Hacı Abgül Süleymanovun həbsindən 6 il keçir.
O 2011-ci ilin avqust ayının 11-də ləöv edilmiş MTN əməkdaşları tərəfindən həbs olunmuş və barəsində bir neçə maddə ilə cinayət işi başlanmışdı. Onun istintaqını MTN-in keçmiş polkovnik leytenantı Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilən və 1.277.000 manat dəyərində əmlakı müsadirə olunan və hərbi rütbəsindən məhrum edilən Vüsal Ələkbərov tərəfindən qərəzli surətdə aparılıb.
Qeyd edək ki, Hacı Abgül Süleymanov Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.
Xatırladaq ki, O, 1976-cı ildə, avqustun 7-si Bakı şəhərində dünyaya gəlib. Cavan yaşlarından dinə maraq göstərən ruhani 24 yaşından təbliğatçılıqla məşğul olub. Əhli-beyt (ə) təfəkkürünün cəmiyyətdə aşılanması və əzadarlıq mədəniyyətinin yaşanması üçün ruhani hər həftə təşkil olunan "Cəfəri" heyətini və daha sonra "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyini təsis edir. Azərbaycanda dini bilgilərə yiyələnən şəhid qardaşı Hacı Abgül Süleymanov daha sonra təhsilini artırmaq üçün İranın Qum şəhərinə yollanır və ali dini təhsil alıb.