Tarix : 2017 Aug 12
Kod 52547

''Prezidentimizdən buldozerləri üstümə buraxdığına görə razıyam''

Yasamal rayon Ümid Əkbərov küçəsinin sakinləri həyətlərindəki çəpərin, əkdikləri ağacların qanunsuz şəkildə söküldüyünü iddia edirlər. Sakinlər bildirir ki, ərazidə kanalizasiya sistemi çəkilir. Bu səbəbdən də icraçılar məhkəmə qərarı olmadan onların çəpərini aşırıb ağaclarını qoparır.
Meydan tv-Rahilə Cəfərova deyir ki, evində olmadığı gün eyni hadisə onun da başına gəlib. Uşaqlarının kölgəsində sərinlədiyi ağaclar kökündən çıxarılıb.
“Kasıb adamam. Bunlardan dərib uşaqlarıma yedirərdim (əkin sahəsini göstərir). Gəlib görürəm ki, hamısını dağıdıblar. Həyətimi bərbad hala salıblar.
Biri deyir İcra Hakimiyyətindən gəliblər, biri deyir Azərsudan gəliblər, o biri deyir MİS-dəndilər. Heç birini bilmirik, haradan gəlib hara gedir”.
Sahibi burada olmayan bu ev də kanalizasiya borularının çəkilməsi üçün sökülüb. Şahmar Əliyev deyir ki, evi sökülən şəxslərə kompensasiya əvəzinə onun torpağını veriblər.
“Kanalizasiyanın üstünə düşdüyünə görə arxadakı evi sökürlər. İndi o ailəni köçürmək lazımdır. Bunlar da baxıblar ki, mənim burada torpağım var. Məndən xəbərsiz torpağımı veriblər evi sökülən adama ki, bunu sənə dövlət verir. Hansı ki, bu torpağı mən öz pulumla almışam”.
Şikayətçi Zaur Mustafayevin evi çəkiləcək olan kanalizasiya xətti ilə yanaşı yerləşir. O, narahatdır ki, ərazidə görüləcək işlər evinin sökülməsinə səbəb olar.
“Deyirəm ki, mənə qanuni bir akt yazıb verin ki, biz xətti çəkəndə bu ev burada var idi. Mənə deyirlər ki, sən bu evin sənədini göstər. Mən də deyirəm ki, evimin sənədini gəlib sizin kabinetdə bir paketdə verdim. Daha ikinci paket yoxdur”.
Ümid Əkbərov küçəsində yerləşən evlərin əksəriyyəti “kupça”sızdır. Sakinlər deyir ki, sənədləri olmasa da, onlar bu evləri Yasamal Rayon İcra Hakimiyyətinin razılığı ilə tikiblər.
“Konfet kağızı yox, pul verib almışam. MİS də görüb, İcrası da, “Uçaskovu” da. 10 il burada çıraq işığına yaşamışam. Butulkalarla gedib su gətirirdim. Onda görmürdü məni? Doğduğumu ”detdom”a verməmişəm ki?! Onun üçün əsgərlər saxlamışam. Bir oğlum əsgərlikdən xəstə gəlib, heç pensiya da almır. Belə rəhbərlik olmaz. Rəhbər bizi də nəzərə alsın”.
Söküntü zamanı icraçılarla sakinlər arasında qarşıdurma yaranıb. Huşunu itirən Lətifə Əliyeva üçün Təcili Yardım çağırılıb. Daha sonra etiraz edən 3 nəfər sakin 29-cu polis bölməsinə aparılıb. Onlar gecəni bölmədə keçiriblər.
Yasamal rayonunun Su idarəsindən bildiriblər ki, “Azərsu” xətt çəkirsə, deməli, bu, dövlət layihəsidir.
“Biz qanunsuz heç bir xətt çəkmirik. Əgər bizim əməkdaşlardırsa, xətti dövlət proqramına əsasən çəkirlər”.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdik. Mətbuat xidməti işçilərinin məzuniyyətdə olduğunu bildirib suallarımızı 

  • Yazılıb
  • da (də) 2017 Aug 12
  • Göndərən مدير سايت Aran News