Tarix : 2008 Jun 14
Kod 5255

ERMƏNİSTAN AZƏRBAYCAN RESPUBLİKASI İLƏ TİCARƏT ƏLAQƏLƏRİ QURMAQ İSTƏYİR

İrəvan ATƏT-in MİNSK qrupunun Madrid təklifi əsasında Qarabağ sülh müzakirələrini davam etdirməyə hazırdır
سرویس آذربایجان/خبرگزاری آران

Ermənistan XİN-in başçısı Azərbaycan Respublikası ilə ticarət əlaqələrinin yaradılmasına təkid edərək, Qarabağ münaqişəsinin həll edilməsini istəyib.
Edvard Nalbəndyan Pan-Armenian informasiya agentliyinə verdiyi müsahibədə Qarabağ konfliktinin həlli üçün qarşılıqlı kompramisi zəruri adlandırıb və artırıb: İrəvan ATƏT-in MİNSK qrupunun Madrid təklifi əsasında Qarabağ sülh müzakirələrini davam etdirməyə hazırdır.
E.Nalbəndyan həmçinin, Azərbaycan respublikası və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Rusiyanın Sankt Peterburq şəhərində, MDB ölkələri sammitinin kənarında baş tutan görüşlərini konstruktiv adlandırıb.

  • Yazılıb
  • da (də) 2008 Jun 14