Tarix : 2017 Aug 12
Kod 52551

Azərbaycan Müsəlmanlarından İslam Ümmətinə Kömək çağırışı!

Avropa, Türkiyə və Xaricdə yaşayan Azərbaycan gəncləriinin açıqladıqları ortaq məlumatda, Azərbaycan rejiminin dindar Müsəlmanlara istiqamətli zülmlərinə qarşı dünya Müsəlmanlarına və insan hüquqları təşkilatlarına kömək çağırışı ediblər.
Əhlibeyt (ə) Xəbər Agentliyi-abna24.com

AZƏRBAYCAN Gənclərindən dünya Müsəlmanlarına kömək çağırışı

Təəssüf ki, Azərbaycan dövləti birbaşa Mossad və CIA-in əmri ilə Azərbaycan ölkəsinin bütün mübariz və haqqı tələb edən insanlarını aradan qaldırmaq qərarı almışdır. Bir millətin ziyalıları, alimlərini və mütəfəkkirlərini həbs etməkdən böyük bir xəyanət ola bilməz.

Dünya istikbarının dünyanın hər bir yerində imperializm,  sionizminin  tüğyanı qarşısına duran və müqavimət göstərən müsəlmanlarla əlaqədar, liderlik və təşkilati gücü olan ya da xüsusi bir bəyanı olan hər alimi, həbs etmək və ya öldürmək planı həyata keçirilir.

Şeyx Nimr, Amerika və İsrailin bu əmri ilə əli qanlı Səudiyyə rejimi tərəfindən şəhid edildi. Şeyx Zakzaki bu əmrlə hücuma uğradı. Ətrafındakı minlərlə insan şəhid edildi, özü işgəncə edildi və mühakiməsiz olaraq zindanda tutulur. İndi də növbə Azərbaycana gəlib.

Azərbaycan alimlərinə qarşı son dövrdəki həbslər, verilən ağır, qorxunc və insanlıqdan xaric cəzalar, müstəqil olmayan Azərbaycan dövlətinin işi deyil. Bu cinayətlər, Mossad və CIA-in Azərbaycanın dindar müqavimətçi müsəlmanlarını, xüsusilə də alimlərini hədəfə alan xüsusi bir təlimat verdiyinin bir göstəricisidir. Azərbaycan dövlətinin bu alimlərə istiqamətli cinayətlərinin dünyada bir bənzəri yoxdur və Səddam rejiminin İraq alimlərinə etdiklərini xatırlatmaqdadır.

Təəssüf ki, Azərbaycanda demokratiyadan əsər yoxdur. Demokratiya adına var olan hər şey saxtadır. Vətəndaşlıq haqqlarından, universal insan haqqlarından əsər yoxdur. Bundan daha da pisi Azərbaycanda güclər ayrılığı yoxdur. İcra gücü öz başına mühakimənin, hakimlər da kəşfiyyat təşkilatı MTN-nin məmurlarının və hakim qılığında görünməkdədir. Dünyanın ən iyrənc məhkəməsini Azərbaycanda axtarmaq lazımdır. Bunlar məhkəmə sisteminin qürurunu tamamilə ortadan qaldırmışdır.

Bu vəziyyət səbəbiylə biz Əziz ölkəmiz Azərbaycanın və böyük Azərbaycan xalqının gələcəyini çox qaranlıq görürük. Bu an ölkəni böyük bir qaranlıq dalğası bürümüşdür.

Naxçıvan şəhərinin icra orqanları tərəfindən elə insan haqları pozuntuları və cinayətlər işlənməkdədir ki bunlar dünyaya izah edilsə dünyanın bütün diktatorları alçaq duyğusuna qapılar. Amma təəssüf ki, bura diktator rejiminin arxa bağçasına çevrilmişdir.

Burada və bütün ölkədə ifadə azadlığının və tənqidin zərrəsi belə yoxdur. Ölkə, tarixinin ən pis, ən qaranlıq və ən uğursuz dövrünü keçirir. Ölkələr və xalqlar, gün bə gün insan hüquqları, azadlıq və qürur qazanma istiqamətində hərəkət edərkən; bizim ölkəmiz orta əsrlər dövrünə qayıtmışdır. Əgər bir millətin halına ağlamaq lazım olsa, o millət bizim millətimizdir. Əgər dünyanın ən məzlum milləti axtarılacaq olsa, o millət bizim millətimizin. Dünyada ağzı, dili bağlanmış bir millət tapmaq lazım olsa, o millət bizim millətimizin. Əgər dünyada böyük bir həbsxanaya çevrilmiş bir ölkə olmaq istənsə, o ölkə Qəzza və ya Yəmən deyil, qüruru ayaqlar altına alınmış olan bizim ölkəmizdir.

Biz bu məlumatda dünyanın hər bir yanındakı Müsəlman qardaşlarımızı, beynəlxalq təşkilatları, azad millətləri və azad insanları köməyə çağırırıq. Bizim xalqımız çəkmələrin, qamçıların və ən şiddətli diktatorluğun altındadır; "Ey müsəlmanlar, bizə kömək edəcək biri yoxdur mu?" Deyə fəryad edir. Bütün Dünya Azərbaycanda nə zülm və zorbalıklar yaşandığını bilməlidir.

Böyük alim və natiq Sərdar Həsənliyə üç il həbs verilib. Zülfüqar Mikayilov və Hacı Elman Ağayev kimi böyük alimlərin məhkəməsi davam edir. Müqavimət və cəsarət əfsanəsi Hacı Tale Bağırova 20 il həbs; Abbas Hüseyinova 20 il həbs, Fuad Qəhrəmanlıya 10 il həbs, Cabbar Cabbarova 19 il həbs, Rasim Cebrailova 17 il həbs, Şamil Abdulaliyev, Zakir Mustafayev, Cihad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Noruziyev, Əli Baba Vəliyev, Fərhad Babayev və Abbas Tağiyevin hər birinə 14 il 6 ay həbs; Ramin Yariyev və Aqil Quliyev hər birinə 10 il həbs verildi. Həbsxanadakı Tale Bağırov və Abbas Hüseynov, 7 il qapalı həbs cəzasına məhkum edildi.

Nardaran hadisələri məhkumlarına ancaq orta əsrlərdə görülə biləcək qəribə cəzalar verilir. Halbuki bütün ittihamlar saxtaydı. Daha da pisi, müasir Azərbaycan tarixinin əfsanəvi şəxsiyyəti olan müqaviməti və zülmlə mübarizəsi bütün İslam dünyasında təqdirə laiq hesab edilən böyük alim Hacı Möhsüm Səmədov 12 illik məhkumiyyətinin 3 qaldığı halda qorxunc Qobustan həbsxanasının cəhənnəminə aparılıb. Niyə, çünki zalım rejim 12 il tamamlandıqdan sonra Hacı Möhsümün zindandan sağ çıxmasından qorxur.

Ey, beynəlxalq təşkilatlarda olan və insan hüquqlarını təmin edən bəylər! Ey insan hüquqları təşkilatlarında ürəkləri məzlumlar üçün yananlar! Ey fərdi maraqlarını bir kənara buraxaraq özlərini insan şərəfinə həsr edənlər! Azərbaycan xalqının imdadına yetişin! Bu millətin mədəni və mənəvi sərvəti olan alimlərinin və ziyalılarının köməyinə tələsin! Diktatorluq bu ölkədə öz milləti üçün heç bir qürur və möhtərəmlik buraxmadı. Azərbaycanın  zindandakı igidlərin köməyinə tələsin.

Son olaraq öz millətimiz olan böyük və müdrik Azərbaycan xalqına səslənirik.

Əziz xalqımız, böyük fürsətlər itirilir. Diktator, hər il sizin səssizliyinizin səbəbiylə daha da azğınlaşır. Ölkəmizi örtən ölüm səssizliyi, ölkəmizi bir qəbiristanlığa çevirmişdir. Millət ilk öncə hüquqlarını itirmişdir. Bizim imdadımıza özümüzdən başqa yetişən yoxdur.

Yatmayaq bizim qəddar və qan içən düşmənimiz yatmır. Oturub gözləməyək, düşmən oturub gözləmir. Rejimin daha çox cinayət işləməməsi üçün rejimə etiraz bildirək. Azərbaycanın beyni olan və rejimin zindanlarında çürüdülən alimlərin, ziyalıların imdadına tələsin; sabah çox gec ola bilər.

Avropa, Amerika, Rusiya və Türkiyədə YAŞAYAN AZƏRİ GƏNCLƏR

Məruzənin göndərildiyi təşkilatlar

Beynəlxalq Əfv Təşkilatı,

BMT-nin İnsan Hüquqları Şurası,

İslam Konfransı Təşkilatı,

İnsan Haqqları müşahidəçisi

Moskva və Ankaradakı BMT büroları

Diqqət Xəbərdən istifadə etdikdə mənəbəy istinad lazımdır!


  • Yazılıb
  • da (də) 2017 Aug 12
  • Göndərən مدير سايت Aran News