Tarix : 2017 Aug 12
Kod 52554

“Türkiyə işğal planı ilə üz-üzədir…” – Bi Smitin sensasiyalı yazısı

Türkiyənin “Haber Seyret” saytının köşə yazarı Bi Smit son günlər Türkiyə sərhədlərində cərəyan edən hadisələri şərh edərək ölkəsinin hər tərəfdən mühasirəyə alındığını qeyd edib.
Avropa.info Bi Smitin “Kuşatılıyoruz” yazısını təqdim edir:
“ABŞ və Rusiya gələn il PKK-nı SDF adı ilə rəsmi ordu kimi qəbul etməyi planlaşdırır. Planın sonrası qanlı olacaq. Suriyada kanton olaraq tanıdığımız rayonlar HHM sistemlərindən tutmuş, tank əleyhinə sistemlərə qədər təmin olunacaq. 50 min nəfərlik ordu döyüşə hazır gözləyəcək. Həm hava, həm quru hərbi bazalarının sayı və keyfiyyəti indidən artırılmağa başlanıldı. PKK-nın əlindəki silahların bir qismi bizdə belə yoxdur! Suriya sərhədinə divar hörürük, lakin əsas problem İraq sərhədindədir. Müdaxilə etməzsək Suriya PKK üçün əvəzolunmaz bir loqistika mərkəzinə çevriləcək. Əgər “Fərat Qılıncı” əməliyyatı başlamazsa və Fəratın şərqi PKK-dan tamamilə təmizlənməzsə, İraqdan içəriyə doğru çox sayda sızmalar olacaq. Suriyadan dəstək alan terrorçular cənub-şərqi Türkiyədən hər gün şəhid xəbəri gəlsin deyə hər şey edəcəklər. Hadisələr bu qədər çərçivəli deyil, başqa variantlar da var.
Ermənistanın Azərbaycana etdiyi hücumlara cavab olaraq türk ordusunun təlim və sursat dəstəyi zatən gözlənilirdi. Necə yəni! Hətta bu dəstək verilsin deyə Ermənistan aranı qarışdırır. Məqsəd Türkiyəyə ediləcək hər hansı hücum əsnasında bu dəstəyi bəhanə gətirərək tərəf olmaq. Ermənistandakı “Türkiyəni işğal edəcəyik” səsləri bizə gülməli gələ bilər. Məsələ ortaya çıxacaq xaos mühitində bir cəbhənin də onların açması olacaq. Eyni şəkildə Gürcüstandan yerləşdirilən ABŞ əsgərlərinin virlığından Rusiya da xəbərdardır.
Bir-birilərinə düşmən deyillər. Teatrdır! İllər əvvəl Çeçen savaşına Artvin sərhəd buraxılış məntəqəsində göndərdiyimiz əsgərləri Rusiyanın unutduğunmu zənn edirsiniz? Hər şeyin zamanı var, yaxın vaxtlarda burnumuzun dibindəki yunan adalarından da atəş açılması xəbərləri gələcək. Kinləri, nifrətləri təptəzə. Bütün bu planları pozmağın əvəzi olsa da, “Fərat Qılıncı əməliyyatı bir ay belə gecikməməli. Qılıncı endirməyin tam zamanıdır. Hücum etdiyimizdə ABŞ-dan, NATO-dan, Rusiyadan belə tükürpərdici səslər gələcək, lakin mərhum Ərbakan kimi “Mənə nə Amerikadan” demək zamanı.
Qardaşlarım, şişirtmirəm, açıq-aydın işğal planı ilə qarşı-qarşıyıq. Bəzi ağılsızlar “o zaman niyə iqtisadi münasibətlər davam edir” deyir. Heç bir ağlı başında olan ölkə düşmən ölkənin xalqını qarşısına almaq istəməz. Düşmən ölkə millətini müharibəyə hazırlamaz. Əksinə rahat olmalarını istər, əksinə düşmən ölkələr türk millətinin rahat olmasını, iqtisadi cəhətdən yaxşı olmasını, müharibəyə əhəmiyyət verməməsini istəyər. İkinci dünya müharibəsində də belə idi. Hücum altında olan ölkələrə təyyarələrlə broşuralar atılır və xalqa varlı, təhlükəsizlikdə olacaqsınız mesajları verilirdi. “Fərat Qılıncı” ilə bərabər bütün planlarının qəlbinə qılıncı soxmuş olacağıq. Loqistik olaraq dəstək tapmayan heç bir təşkilatın yaşama şansı yoxdur.
PKK-nın Suriyadakı təşkilatlanması Ermənistana da, Yunanıstana da cəsarət verir. NATO-dan ayrılmağımız üçün dua edirlər. Rusiyanın bizə S-400 raket dəstəyi verməsi də planın bir hissəsidir. NATO-dan qopmağımız üçün bardağı dolduran başqa damla. Mövzudan mövzuya keçmirəm. Tək bir şeydən bəhs edirəm. Mühasirəyə alınırıq, mühasirədəyik. Bunu bilərək yaşamalıyıq. Qardaşlarım Peyğəmbər əfəndimizin sünnətlərindən üzməyi, ox atmağı və ata minməyi günümüzə təhvil verməyi unutmayın. Hər kəs çevik olsun, hər kəs yeri gəldiyində gülləni hədəfə göndərməyi bilsin, hər kəs yeri gəldiyində tank belə sürsün! Xaricdən bu hücumlar baş verərkən, içəridəki hücumlar sakit dayanmayacaq. Millətimiz diqqətli olarsa, içəridə sıxıntı zühur etməzsə, xaric də vız gələr.
Bu millət Suriyadan İraqa, Gürcüstandan Yunanıstana, Ermənistandan Rusiyaya qədər uzanan coğrafiyanın tək hakimi olduğunu lazım olarsa, yenə sübut edər. Dövlətimiz artıq #FəratQılıncını qınından çıxarmalı. Daha çox gözləmək düşmənin təşkilatlanmasına vaxt qazandırmaq deməkdir. Bir an əvvəl qılınc qınından çıxmalı. PKK-nın SDF olaraq rəsmilik qazanmasına icazə verməyəcəyik. Suriyanı loqistika mərkəzinə çevirməklərinə icazə verməyəcəyik. Plan başlamadan yox edilməlidir. Səfərbərlik bu millətə ata yadigarıdır. At belindən enməyən babalarımıza layiq olmaq zamanı. Bizə cəsarət, düşmənə qorxu bizə izzət, düşmənə zillətdir. Mesajlarımızı ola bildiyi qədər paylaşın. Qəm-kədər düşmənin, şəhadət və zəfər Allahındır” deyə Bi Smit yazısında qeyd edir.

  • Yazılıb
  • da (də) 2017 Aug 12
  • Göndərən مدير سايت Aran News