Tarix : 2017 Aug 13
Kod 52555

Elçin Quliyevi Gözəl Bayramlının ahı tutdu

Unutmayın ki, qəsb etdikləriniz bir gün çıxar sizdən. Sizdən də olmasa balalarınızdan Alma məzlumun ahını çıxar ahəstə-ahəstə
Nur-az.com:Ölkədə və demək olar ki, bütün dünyada ədalətsizliyin baş alıb getdiyi vaxtda digər yandan bir sıra ədalət nümunələriylə rastlaşırıq. Əlbəttə, ədalətsizliklər günahklar insanın əliylə baş verirsə, mütləq adil bildiyimiz Allah da öz ədalətini hər zaman göstərir. Təbii ki, baş verən proseslərdə nəyin dəqiq olaraq əyri və düz olduğunu ancaq mütləq elm sahibi olan Allah bilir. Amma insanlar da zaman-zaman ağılları kəsdiyi qədər hadisələri qarşılıqlı təhlil və müqayisə edərək ədalətin ürfü də olsa müəyyən təzahürlərinə rastlayırlar. 
Əli Həsənov isə "Qaçqınkom"un rəisi ünvanında televiziya kanallarının birində qaçqın və məcburi köçkünlərə üzünü tutaraq 36 manat aldıqları pulun qədrini bilmələrini onlara "məsləhət görürdü". Deyirdi ki, alan kimi sevincək qaçıb bazarlıq eləməsinlər. Bu pulun qədrini bilsinlər. Əlbəttə, təkcə Əli Həsənov deyil, onun kimi sair ahıl məmurlar da indiyədək xalqa qarşı etdikləri tərbiyəsizliyin cavabını alıblar. Ola bilər Əli müəllim desin ki, mən yaxşı niyyətlə demişəm. Amma neft ölkəsində qaçqının 36 manat dövlətdən pul alması və pul verənin həmin şəxsi qənaətə dəvət etməsi normal düşüncə sahiblərinin nəzərində təhqir və məsxərədən başqa bir şey deyil. Bir başqa qoca məmur olan Hadı Rəcəbli də müəllimləri günortadan sonra inşaatçılıq etməyə çağırmışdı, sonra qəzetlər onun ailə biznesini ifşa etdi. Ondan sonra ağzını hələlik bağlayıb. Hələ qoca baş nazirin digər qoca müavinlərini demirəm. Rusiyada şellənən Abbas Abbasov, daha sonra "Alababa" ləqəbli Abid Şərifov, "odxod" ləqəbli deputat və s. hər kim bu xalqa qarşı çaşdı bütün varidatı üzə çıxıb rüsvay oldular. (Bu yerdə bu insanların biznesini aşkarladığı üçün "Müsavat" və sair qəzetlər təşəkkür haqq edir)
Beləliklə Əli Həsənov da rüsvay oldu. Qaçqınlara 36 manat maaşın qədrini bilmələrini "məsləhət görürdü", indi isə saytlar yazır ki, Əli müəllim əgər 35 il işləsəydi nəvəsinin qəzaya uğradığı avtomobildən bir dənə ala bilərdi. Halbuki nəvəsinin avtoparkı və növbənöv bahalı maşınları var. Bəs qudurğan nəvə bu varidata necə sahib olub. Sən məzlumun ahını alıb pulunu yeyib, üstəlik onu təhqir edə bilərəsn, amma gərək anlamalıydın ki, xalqın səsi çıxmasa da materiyanın fövqündə ilahi ədalət deyilən bir şey var. 
Son ajiotajlı avtomobil qəzasının əsas müqəssiri olan 21 yaşlı Nail bildiyimiz kimi baş nazirin müavini Əli Həsənovun nəvəsi və eyni zamanda Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin kürəkənidir. DSX-nin rəisi Elçin Quliyev də məzlum ahı alan insanlardandır. Onu da görünür AXCP sədrinin müavini Gözəl Bayramlının ahı tutub. Güya sərhəd-keçid məntəqəsində Gözəl Bayramlının çantasından 10 min ABŞ dolları tapmışdılar. Bu işdən ya Elçin Quliyevin xəbəri var, ya da yox. Xəbəri varsa ya özü bu işi təşkil edib, ya da təşkil edənlərə göz yumub. Xəbəri yoxdursa deməli işinin öhdəsindən gələ bilmir. Bütün hallarda günahkardır. Camaatın ana-bacısına şər atıb 10 min ABŞ dolları "tapa" və onun həbs edilməsini təmin edə bilərsən. Amma məzlumun ahı yerdə qalmaz. Digər tərəfdən kürəkəninin neçə milyonluq maşın kolleksiyası üzə çıxar. İndi məhkəmə Gözəl Bayramlıya 10 min ABŞ dolları barədə sual verəndə gərək Elçin Quliyevin kürəkənindən də çoxmilyonluq maşını hansı pulla almasını soruşsun. Üstəlik, Elçin Quliyev Gözəl Bayramlını şərlədiyi halda öz kürəkənini də 12 il həbs cəzası gözləyir. Digər tərəfədən bu insanın bir qadını gözdən salmaq istəyi var idisə də bir neçə gündür artıq özləri olmayan hörmətlərini də itiriblər. Çünki bu tip adamlar güclə, qüvvətlə, pulla səadətin olduğunu düşünürlər. Quliyev bir qadını bədbəxt eləmək istədi, amma qızının bir aylıq evli olduğu insanın başına fəlakət gəldi. Məzlumların ahını və haqqını almaq asandır. Güc göstər, vur əlindəkini al əlindən. Amma unutmayın ki, qəsb etdikləriniz bir gün çıxar sizdən. Sizdən də olmasa balalarınızdan. Bu dünyada da olmasa o dünyada mütləq çıxar.
FacebookOdnoklassnikiGoogle+TelegramWhatsAppTwitter

  • Yazılıb
  • da (də) 2017 Aug 13
  • Göndərən مدير سايت Aran News