Tarix : 2017 Aug 13
Kod 52558

AXCP üzvü həbs edilib

''Güman ki, siyasi məhbuslara yardım ilə bağlı yazdığı statusuna görədir''
Meydan tv-Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şәhәr şöbәsinin gәnclәr komitәsinin sәdri Ruslan Qarayevə 20 sutka həbs cəzası verilib. Bu barədə onun dostları "Facebook"-da yazıblar. Bildiriblər ki, bütün günü ondan xəbər ala bilməyiblər. Günün sonunda isə həbs edildiyi məlum olub:
''Məhkəməyə aparılanda heç bir məlumat vermədilər. Sumqayıt Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Maddəsi bilinmir. Hal-hazırda Sumqayıt Baş Polis İdarəsindədir.
Güman edirik ki, o, siyasi məhbuslara yardım ilə bağlı statusuna görə həbs edilib. Çünki ''Facebook'' səhifəsinə girib statuslarını siliblər. Orada olduğu müddətdə ''Whatsapp''-na da girmişdilər''.

  • Yazılıb
  • da (də) 2017 Aug 13
  • Göndərən مدير سايت Aran News