Tarix : 2017 Aug 13
Kod 52560

İlham Əliyevlə Serj Sarkisyanın görüşü planlaşdırılır

sentyabr ayında Nyu-Yorkda BMT-nin Baş Assambleyasının keçiriləcəyi günlərdə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanla görüşü planlaşdırılır.
İslaminSesi Virtualaz.org-a istinadən  xəbər verir ki, bu barədə “Amerikanın Səsi” ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbstə istinadən bildirib.
Herbstin sözlərinə görə, bu görüş cəbhə xəttində tərəflər arasında gərginliyin azaldılmasına səbəb ola bilər.
“Amerikanın Səsi” əlavə edir ki, Dağlıq Qarabağda qanlı aprel döyüşlərindən sonra münaqişənin siyasi həlli yollarının tapılması üçün bütün tərəflər arasında etimadın yüksəldilməsi vaxtı yetişib. 

  • Yazılıb
  • da (də) 2017 Aug 13
  • Göndərən مدير سايت Aran News