Əgər Gürcüstan hökuməti destabilizə edilsə, o zaman Qərbin Bakıya, Xəzər dənizinə və ondan sonrakı bölgəyə çıxışı məhdudlaşacaq
Gorgia Servisi/Aran Agentliyi
«Gürcüstanda vəziyyət qarışsa, Azərbaycan əldən gedəcək».
«Rusiyanın Gürcüstanda siyasi vəziyyəti pozmaqda məçqsədi bu ölkədən keçən neft-qaz kəmərləri, o cümlədən «Bakı-Tbilisi-Ceyhan»a nəzarəti ələ almaqdır. Bu xəbərdarlıqla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski Senatda keçirilən dinləmələr zamanı çıxış edib. Onun sözlərinə görə, ABŞ Rusiyanın Gürcüstana qarşı Abxaziya və Cənubi Osetiya ilə bağlı hədələrini müşahidə edir, əslində isə bu hədələrin arxasında dayanan məqsəd BTC-yə nəzarəti ələ almaqdır. «Əgər Gürcüstan hökuməti destabilizə edilsə, o zaman Qərbin Bakıya, Xəzər dənizinə və ondan sonrakı bölgəyə çıxışı məhdudlaşacaq», - deyə Bzejinski bildirib. Rusiyanın Avrasiya enerji bazarlarında hərəkətlərinin təhlilinə həsr edilmiş çıxışında politoloq deyib ki, Moskva bu bazarlarda öz inhisarçı mövqeyini möhkəmləndirmək və bu məqsədlə əlindəki siyasi, iqtisadi rıçaqlardan istifadə etmək istəyir».