Tarix : 2017 Aug 16
Kod 52573

Azərbaycandan 1000-ə yaxın əcnəbi qovulub

İyul ayı ərzində əcnəbi və vətəndaşlığı olmayan 999 şəxs ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunub.
Islamazeri.az-Bu haqda Dövlət Miqrasiya Xidmətindən verilən məlumatda bildirilib.
İyul ayı ərzində Bakı şəhərində, həmçinin Respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 2803 qərar qəbul edilib ki, onlardan 264-ü ölkə ərazisində yaşamaları leqallaşdırılma ilə bağlı, 1268-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 999-u ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 245-i Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 27-si müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.
Hesabat dövrü ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 126217 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.
  • Yazılıb
  • da (də) 2017 Aug 16
  • Göndərən مدير سايت Aran News