Tarix : 2017 Aug 16
Kod 52575

Türkiyə əsilli cərrah Xankəndində erməni dığalarını pulsuz əməliyyat edir – Fotofakt

Bu haqda separatçı rejimə məxsus KİV-lər məlumat yayıb.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. Lakin nazirlikdən zəngimizə cavab verən olmadı.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avqustun 10-da Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə Avstriyada yaşayan Türkiyə əsilli cərrah Ara Uquryan da “təşrif” buyurub.

Bu haqda separatçı rejimə məxsus KİV-lər məlumat yayıb.

Qondarma rejimin “səhiyyə nazirliyi”nin dəvəti ilə Xankəndindəki tibb mərkəzində fəaliyyətə başlayan həkim bir neçə gün ərzində 10-12 erməninin ürəyini müalicə, yaxud əməliyyat etməyi planlaşdırıb.

Ara Uquryan Xankəndinin tibb mərkəzində David Xaçatryanla birlikdə çalışır və ilk növbədə arterial hipertenziya simptomları olan xəstələr müalicəyə cəlb edib. Çünki bu halda yüksək texnologiyalardan istifadə etmək lazım gəlir. Bu məqsədlə cərrah Avstriyadan xüsusi ləvazimatlar da gətirib. Ehtiyac yaranacağı halda ermənilərin ürəkləri əməliyyat olunacaq.

Xəbərdə qeyd edilir ki, cərrah Ara Uquryan Türkiyədə anadan olub. O, hazırda Avstriyada yaşayıb işləyir və ən yaxşı tibb mütəxəssislərindən biri kimi nüfuz qazanıb.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. Lakin nazirlikdən zəngimizə cavab verən olmadı.



  • Yazılıb
  • da (də) 2017 Aug 16
  • Göndərən مدير سايت Aran News