Tarix : 2017 Aug 16
Kod 52576

“Qızıl Xaç”ın nümayəndələri Abbas Hüseynlə görüşəcək

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nardaran məhbusu Abbas Hüseynin ailə üzvləri Qızıl Xaç humanitar təşkilatının nümayəndələri ilə görüşüblər və həbsxanada ona baş çəkmələrini istəyiblər.
A.Hüseyn Qobustan qapalı həbsxanasında saxlanılır və özünün vəkil vasitəsilə ictimaiyyətə çatdırdığına görə, ona, eləcə də başqa dustaqlara orada amansız işgəncələr verilib.
A.Hüseynin yaxınları ona işgəncə verilməsindən, onun səhhətində yarana biləcək problemlərdən narahatdırlar. Onlar istəyirlər ki, Qızıl Xaçın nümayəndələri yerindəcə A.Hüseynin vəziyyəti ilə tanış olub, ona hansı işgəncələrin verildiyini qeydə alsınlar.
Qızıl Xaçın nümayəndələri A.Hüseynə baş çəkəcəklərinə və müvafiq addımlar atacaqlarına söz veriblər.


  • Yazılıb
  • da (də) 2017 Aug 16
  • Göndərən مدير سايت Aran News