Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev 100 manat cərimə edilib. Binəqədi Rayon Polis İdarəsi onu xuliqanlıqda günahlandırıb.
Bu barədə “Turan”-a C.Hacıyevin özü məlumat verib.
Onun sözlərinə görə, avqustun 7-də Binəqədi Rayon Məhkəməsinin binasında saxlanılıb. Səbəb ona qarşı inzibati işə baxılmasının yubadılmasına etiraz etməsi olub.
Onu Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə aparıblar. Bir neçə saatdan sonra məhkəməyə gəlməsinin vacibliyi barədə iltizam alaraq buraxıblar. Avqustun 15-də isə xuliqanlıq ittihamı ilə 100 manat cərimə ediblər.
Gənc fəal deyir ki, onun xuliqanlıq etməsilə bağlı heç bir sübut təqdim olunmayıb.