Qorxusundan Azərbaycan cəmiyyəti arasına çıxa bilməyən İsrailin Bakıdakı sabiq səfirlərinin əksinə olaraq sionist rejimin xarici işlər nazirliyinin Avrasiya məsələləri üzrə bölməsinin rəhbərlərindən olan indiki səfir Dan Stav, Azərbaycanın müxtəlif bölgələrinə səfər edir, əhali ilə yaxından görüşür, iş adamları ilə söhbət edir. Heydər Əliyev Fondunu ilə razılaşma əsasında xəstələri müayinə və müalicə etmək üçün sionist həkimləri bu ölkəyə gətirir. İsrail səfirinin fəaliyyətlərindən əlavə, sionist rejimin rəsmi nümayəndələri, universitet müəllimlərinin də Bakıya səfərləri artmışdır. Müdafiə ixracı və müdafiə əməkdaşlığı üzrə şöbəsinin (SİBAT) müdiri Mişel Ben Baruhun, müharibə nazirliyinin hərbi təsisat təhlükəsizliyi idarəsinin müdiri Ben Moşen, Təl-Əviv və Yerusəlim yəhudi universitetlərinin müəllimləri Şila Goristini və Danel Zisnovayn son aylar ərzində Azərbaycan Respublikasına səfər ediblər.
Bu hadisələr arasında İsrailin “Haaretz” qəzeti əliyevlər ailəsinin İsraildə 600 milyon dollar sərmaya qoymasına dair bir xəbər yayıb. Qəzet, sionist rejimin turizm naziri Yariv Levinə istinadla bildirib ki, bir neçə ay əvvəl Azərbaycan prezidentinin həyat yoldaşı və oğlu Hayfada 6 milyon dollara villa alıb, Azərbaycanın xahişi ilə oranın təhlükəsizliyini bizim təhlükəsizlik qüvvələri qoruyub.
Nəşrin yazdığına görə, Azərbaycan prezidentinin oğlu Heydər Əliyev artıq bir neçə aydır İsrail həkimlərinin nəzarəti altında bu villada qalır və bu müddət ərzində ağır xəstəlikdən tam sağalıb.
Azərbaycan prezidentinin ailə üzvləri İsraildə müalicə və turizmlə yanaşı şəxsi aktivlərindən 600 mln. dollar bu ölkənin birjasına yatırıb.
Azərbaycan prezidentinin həyat yoldaşı son 5 ildə İsrailə böyük həcmdə investisiya yatırıb və İsrailin xeyriyyə fondları ilə əməkdaşlıq edir.
Müəllif, yuxarıda qeyd olunanları bir-birinin yanında qoyaraq belə nəticəyə gəlmişdir ki, İsrail və Azərbaycan hazırkı dövrdə iki məqsəd izləyir:
1. Azərbaycanın müsəlman xalqının Bakı-Təl-Əviv münasibətlərində dəstəyini qazanmaq, yaxud ən azından onların bu məsələdə təfavütsüz qalması;
2. İsraildə Azərbaycanın səfirliyinin açılması.
Sovetlər Birliyinin parçalanmasından sonra Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi yarandı və bu ölkə öz ərazilərinin 20 faizini itirdi. Münaqişə tərəfləri arasında atəşkəs yarandıqdan sonra Azərbaycan rəsmiləri ordunu təchiz etmək və modern silahlarla təmin etmək üçün İsraillə münasibətlərini genişləndirdilər. Münasibətlərin genişlənməsində digər məqsəd İsrail lobbisindən faydalanmaq, Qarabağ məsələsinin həlli üçün Vaşinqtonu Bakı dövlətinə kömək etməyə razı salmaq üçün sionist lobbisindən istifadə etmək idi. İsrail də Azərbaycanın əhalisi şiə olduğu, İran və Rusiyanı qonşuluğunda yerəşdiyi, Azərbaycan hərbi silah satışından yaxşı gəlir əldə edəcəyi üçün bu ölkə ilə münasibətləri genişləndirməyi yaxşı qarşıladı. Hərbi və təhlükəsizlik sahələrindən əlavə, rabitə, informasiya texnologiyası, kənd təsərrüfatı, suvarma sektorlarında da ikitərəfli münasibətlər vardır. Ancaq Azərbaycan və sionist rejim Azərbaycanın müsəlman xalqını təhrik etməmək üçün uzun illər öz əməkdaşlıqlarını mediaya çıxarmadılar, hətta, İsrailin Bakıdakı səfiri də təhlükəsizlik məsələsinə və xalqı təhrik etməmək üçün əhali arasına çıxmadı. İndi isə artıq İsrailin Azərbaycandakı siyasəti dəyişmişdir və bu rejimin məsulları Bakı dövlətinin köməyi ilə xalqın İsraili işğalçı rejim kimi tanıması baxışlarını dəyişməyə təlaş edir. Bugün ictimai diplomatiya Azərbaycanda ictimai rəyi dəyişdirərək onu İsrailə yönəltmək üçün sionist rejimin köməyinə çatmışdır. İsrailin Bakıdakı səfiri bölgələrə səfər edir, əhali və iş adamları ilə görüşür, İsrailin onlara vədələrindən söz açır, peşəkar həkimlər gətirərək, Azərbaycanda yoxsul əhaliyə xidmət göstərir, müəllim, tələbə, incəsənət xadimlərinin İsraillə əlaqəsini yaxşılaşdırmaq üçün sionist rejimin universitetlərinin müəllimlərinin bu ölkəyə səfərini təşkil edir, birgə mədəni proqramlar icra edilir. İsrail rəsmiləri Bakı-Təl-Əviv münasibətlərini normal göstərmək üçün bu ölkəyə səfərlərini artırıblar.
İsrailin Azərbaycan qarşısında yeni siyasətləri bu ölkə müsəlmanlarının dəstəyini qazanmaq və bu məsələdə Bakı dövlətindən yardım almaqdır.
Belə nəzərə gəlir ki, “Haaretz” qəzetinin əliyevlər ailəsinin İsraildə 600 milyon dollar sərmaya qoymasına dair xəbəri də məqsədyönlü şəkildə dərc edilib. Azərbaycan Milli Məclisində yəhudilərin nümayəndəsi Yevda Abramov qəzetin dərc etdiyi xəbəri pislədi və bu sözləri əlavə etdi: “Bizim İsraildə səfirliyimiz olsaydı, daha açıq mövqe sərgilənə bilərdi.” Halbuki, İsrailin Bakıda səfirliyi vardır və Azərbaycanın bu vasitə ilə öz etirazını bildirmək imkanı var idi, ancaq bu işi etmədi.
Ona görə də hazırkı şəraitdə sözügedən xəbərin yayılması Bakının Təl-Əvivdə səfirlik açması üçün zəminə yaratmaq məqsədi daşıyır.
Sözsüz ki, xalq dəstəyi olduğu, yaxud onun təfavütsüz qaldığı təqdirdə işğal edilmiş ərazilərdə Azərbaycanın səfirliyi açılacaq. Amma hazırkı durumda bu hərəkətin aqibətini Azərbaycanın müsəlman xalqına açıqlamaq lazımdır. Xalqa, hətta dövlət siyasətçilərinə izah etmək lazımdır ki, Azərbaycanın İsraillə münasibətlərini genişləndirməsi, Qarabağ münaqişəsinin dinc yolla həllinə heç bir kömək etmir, üstəlik, son illərdə yaxşılaşmış Bakı-Tehran münasibətlərini də korlayacaq. Amma Azərbaycanla ictimai diplomatiyanı da görməməzliyə vurmaq olmaz. Neçə illər idi ki, anti-İran qüvvələr və sionistlər Azərbaycan xalqına təbliğ edirdi ki, İran Ermənistanla əlaqə saxlayır. Bu vasitə ilə xalqı İrana qarşı bədbin etməyə təlaş edirdilər. İranlı rejissorun Qarabağ müharibəsi dövrünə aid çəkdiyi sənədli film bir daha sübut etdi ki, İran bu müharibədə Azərbaycanın yanında olmuş, üstəlik, şəhid də vermişdir. Bu film Azərbaycan ictimaiyyəti tərəfindən çox yaxşı qarşılandı. Belə əsərlərin yaradılması İranın Qarabağ müharibəsində Azərbaycana yardımlarını üzə çıxarır. Habelə, İran və Azərbaycan xalqları arasında yaxınlaşma yaratmaq üçün iki ölkənin universitet müəllimlərinin və elitasının görüşlərinin təşkil edilməsi bu istiqamətdə çox yaxşı addımlardan sayılır. Əlbəttə, İsrail müxtəlif bəhanələrlə bu münasibətlərin genişlənməsinin qarşısını almağa cəhd edir və bu bəhanələri onun əlindən almaq lazımdır. Sionist rəsmiləri deyir ki, Bakının Təl-Əvivlə əlaqələrinin genişlənməsinin əsas səbəbi Azərbaycanın İsraildən hərbi silah-sursat almasına görədir. Hal-hazırda İranın Azərbaycanla bütün sahələrdə əməkdalığı vardır, lakin hərbi və müdafiə sahəsində əməkdaşlıq yox səviyyəsindədir. Azərbaycanla hərbi sahədə də əməkdaşlığa nail olmaq üçün ölkəmizin siyaəstçilərinin addım atması zəruridir.