Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev və digər təqsirləndirilənlərin məhkəmə iclası növbəti həftə keçiriləcək.İslamazeri.com xəbər verir ki, proses avqust ayının 21-i, saat 10.30-da hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutacaq.
Xatırladaq ki, ilahiyyatçılar və həbs olunan 10 nəfər 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyatdan sonra saxlanılıb.