Türkiyənin “Anatolu” xəbər saytının verdiyi məlumata görə, Türkiyə, İran və Rusiyanın enerji şirkətləri İranın neft və qaz yataqlarında enerji ishehsalının genişləndirilməsinə aid birgə əməkdaşlıq və tərəfdaşlıq müqaviləsi imzalayıblar.
AranNews - İranın neft və qaz yataqlarının genişləndirilməsi istiqamətində müqavilə İranın “Qadir Petrol” enerji şirkəti Türkiyənin “Unit International” və Rusiyanın “Zarubezhneft” şirkətləri arasında bağlanıb. Müqavilənin dəyəri 7 milyard dollar həcmindədir.“Anatolu” saytına görə, bu müqavilə İran şirkətinin xarici şirkətlərlə üçtərəfli şəkildə həyata keçirdiyi ilk razılaşma hesab olunur.
Müqaviləyə əsasən, İranın 4 neft və qaz yatağından 10 milyard barel neft çıxarılacaq.
“Unit International” bildirib ki, daha geniş əməkdaşlıq nəticəsində İranın digər məntəqələrindən neft və qaz çıxara bilər.
Saytın məlumatına görə, İranın təkcə bir qaz yatağı Türkiyəni 150 il qazla təmin edə bilər.