Tarix : 2017 Aug 19
Kod 52604

Astara 10 min Ərbəin zəvvarını qarşılamağa hazırdır

Astaranın fərmandarı: Bu il 10 mindən çox Ərbəin zəvvarını qarşılamağa hazırıq. Dini turizmi genişləndirmək üçün xarici vətəndaşların iştirakından faydalanmaq lazımdır.
AranNews – Redaksiyamızın “İRNA”-ya istinadla verdiyi xəbərə görə, çərşənbə axşamı Astara Şəhər Fərmandarlığında keçirilən Ərbəin Təşkilatının iclasında Yunis Rənckeş deyib: “Ötən il Rusiya, Azərbaycan və Gürcüstan ölkələrindən 6 mindən çox zəvvar Astara gömrük-keçid məntəqəsindən keçərək Kərbəlaya səfər etdi. İmam Hüseynin (ə) Ərbəin zəvvarları İrana daxil olduqda onlara münasib xidmətlər göstərmək çox əhəmiyyətlidir və bu istiqamətdə məscidlərin mədəni qurumlarının potensiallarından faydalanmaq olar.”
Rənckeş zəvvar potensialından dini turizm məqsədilə də faydalanmağın, zəvvarları imamzadələr və dini məkanlarla tanış etməyin mümkünlüyünü bildirib.
Fərmandar vurğulayıb ki, Ərbəin Qurumunun işçi qrupu zəvvarları qarşılamalı, onları yerlə təmin etməlidir. Həm də xarici zəvvarlara göstərilən xidmət islam respubliksının şəninə uyğun olmalı, onların razılığını qazanmağa səy etməlidir.
İclasda iştirak edən Astaranın imam cüməsi höccətül-islam Kazim Hafizniya bildirib ki, Ərbəin zəvvarlarına xidmət proqramı onları qarşılamaqla bitməməli, onları yola salmağa da aid olmalıdır.
İmam cümə gömrükdə zəvvarlara daha yaxşı xidmət göstərilməsini istəyərək bildirib ki, ötən il xarici zəvvarları qarşılamaqda bir sıra problemlərlə üzləşdik və bu məsələlər digər əyalətin köməyi ilə aradan qaldırıldı.
Habelə, ötən il zəvvarların daşınmasında qiymətlərə nəzarət yaxşı olmadığı üçün narazılıqlar yarandı. Bu il belə problemlər aradan qaldırılmalıdır.



  • Yazılıb
  • da (də) 2017 Aug 19
  • Göndərən مدير سايت Aran News