Tarix : 2017 Aug 20
Kod 52612

REAL-ın üzvünə 7 sutka inzibati həbs verilib (yenilənib)

17.09. Vəkil Elçin Sadıqov Meydan TV-yə deyib ki, Elşən Mustafayev də İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi, polisə tabe olmamaqda ittiham olunaraq 7 sutka azadlıqdan məhrum edilib.
'Avqustun 15-də metronun “İçərişəhər” stansiyasının yaxınlığında gəncləri saxlayan şəxslər mülki geyimdə olublar''

Avqustun 16-da Səbail rayon Məhkəməsində REAL Hərəkatının üzvləri – Toğrul İsmayılov və Elşən Qasımovun məhkəməsi keçirilib.

REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı Meydan TV-yə bildirib ki, Toğrul İsmayılov 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib. Elşən Qasımov barədə məlumat yoxdur. 

Vəkil Elçin Sadıqov Meydan TV-yə bildirib ki, Togrul Ismaylov və Elşən Qasımov "Kontitusiya dəyişikliklərə yox deyək" posterlərini yaydıqları üçün saxlanılıblar. Gənclər İnzibati Xətalar Məcəlləsinin 535.1, polisə tabe olmamaqda ittiham edilirlər. Vəkil nəşriyyatın işçisi Bəhruz  Hümbətova da 7 sutka inzibati həbs verildiyini bildirib: "Gənclərə protokola qol çəkdirəndə müəyyən təzyiqlər ediblər".    

T. İsmayılov hərəkatın Nəsimi və Səbail məclislərinin sədri, T. Qasımov isə Binəqədi rayon məclisinin sədr müavinidir.

REAL hərəkatının İdarə Heyətinin üzvü Rəsul Cəfərov saxlananların yaxınlarına istinadən bildirib ki, E. Qasımovla Toğrul İsmayılovu avqustun 15-də metronun “İçərişəhər” stansiyasının yaxınlığında saxlayıblar. Gəncləri saxlayan şəxslər mülki geyimdə olublar./meydan tv/

  • Yazılıb
  • da (də) 2017 Aug 20
  • Göndərən مدير سايت Aran News