Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayının artdığı bildirilir.
azadliq.org-Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycana dünyanın 139 ölkəsindən 1203,7 min nəfər gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çoxdur.
Gələnlərin 31,2 faizi Rusiyanın, 21,2 faizi Gürcüstanın, 15 faizi İranın, 11,6 faizi Türkiyənin payına düşür.
Birləşmiş Ərəb Əmirliklərindən gələnlər 3,7, Ukraynadan gələnlər də 2,3 faiz təşkil edib.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycana daha çox iyun ayında səfər ediblər - gələnlərin 20,3 faizi.
Statistika Komitəsi qeyd edir ki, Azərbaycana gələnlər arasında körfəz ölkələri vətəndaşları sürətlə artıb.
Azərbaycana səfər edən Oman vətəndaşlarının sayı 16, Küveyt vətəndaşlarının sayı 8,7, Səudiyyə Ərəbistanı və Qətər vətəndaşlarının sayı isə 6 dəfə çoxalıb.
Azərbaycana səfər edən körfəz ölkələri vətəndaşlarının ümumi sayı 263,5 min nəfər olub Bu, Azərbaycana səfər edənlərin ümumi sayının 21,8 faizi deməkdir.
Avropa Birliyinə üzv ölkələrdən Azərbaycana gələnlərin sayı isə cəmi 51,2 min nəfər olub.