Livanın baş naziri “Hizbullah”-ın Suriyada terrorla mübarizə məsələsinə münasibət bildirməkdən imtina edib.
Aran Agentiliyi: “Al Mayadeen”-ə istinadən xəbər verir ki, Livanın şərqində gedən müharibələrə toxunan Səəd Həriri bildirib: “Bu müharibə milli və vətəni müdafiə etmək məqsədilə başladılan müharibədir. Ordumuz ölkə sərhədlərini qorumaqla vəzifələnib. Bizim ilk işimiz oğurlanan livanlıların məsələsini həll etməkdir.”
“Hizbullah”-ın Suriyada terrorla mübarizə məsələsinə toxunan Səəd Həriri bildirib: “Mən bu barədə bir şey deyə bilmərəm. Bütün tərəflər ölkənin təhlükəsizliyinin qorunması barədə yekdildirlər. Biz siyasi ixtilfların ölkənin təhlükəsizliyinə zərbə vurmasına icazə verməyəcəyik.”
Səəd Həriri "Hizbullah"-ın terrorla mübarizəsinə münasibət bildirməyib