Aran Agentiliyi: Reuters-ə istinadla xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsi bəyanat verib.
Bəyanatda deyilir: Qətər elan edir ki, İranla diplomatik əlaqələri bərpa etmək üçün səfirini Tehrana qaytarır”
Bəyanatın davamında deyilir ki, Qətər İranla bütün sahələrdə əlaqələri bərpa etməkdə maraqlıdır.
2016-cı ilin yanvarında Səudiyyə alim Şeyx Baqir Nimri edam etdikdən sonra Tehrandakı səfirliyə hücum edildi və bunun ardından Səudiyyə özü İranla əlaqələri kəsdi və digər Körfəz ölkələrindən də bu işi görməyi tələb etdi. Son aylarda Qətərlə Səudiyyə komandası arasında gərginlik rəsmi Dohanı İranla rabitə məsələsinə yenidən baxmağa vadar edib.