Camaat namazı islamda vəhdətin bariz bir göstəricisidir. Tövsiyə olunur ki, namazlarımızı camaatla qılaq. Belə olan halda daxil olduğumuz məkanda qılınan camaat namazına necə qoşula bilərik?
Aran Agentiliyi: Camaatla qılınan namaz savab və fəzilət dolu bir əməldir. Bu əməl həm ibadət və savab baxımından, həm də ictimai əhəmiyyət baxımından çox önəmlidir. Çünki belə namazlar möminlərin bir yerə cəm olmasına, bir-birini tanıyıb, aralarında qardaşlığ bağının möhkəmlənməsində müstəsna rola malikdir. Hədis və rəvayətlərdə namazların məscidlərdə cəm halında qılınması çox təkid edilmişdir.
Camaat namazında qaydalara, göstərişlərə diqqət etmək çox önəmlidir. Xüsusən də gecikib qoşulanlar üçün. Gecikən kəs isdədiyi yerdə qoşula bilməz. Camaat namazına yarıda qoşulmaq üçün gərək ya qiyamı gözləyəsən, ya da rüku halını. Yarıda qoşulmaq istəyan yalınz bu iki halda qoşula bilər. Bir də axrıncı təşəhhüdə qoşula bilər ki, oturub təşəhhüd desin. İmam camaat salama başlayanda qalxıb öz namazına əvvəldən başlasın. Bu vəziyyət yalnız camaat namazının savabını əldə etmək ümüdi ilə olur.
Sual- Camaat namazına yarıda qoşulmaq istəyən hansı halda qoşula bilər?
Ayətullah Xameneyi: Fərz olunan halda imam rükuda olan halda qoşulsun.
Ayətullah Məkarim Şirazi: Yalnız qiyam və rüku halında qoşula bilər.
Ayətullah Safi Gülpəyqani: Rükuda, qiyam halında və axırıncı təşəhhüddə qoşulmağın maneəsi yoxdur.
Y.Nuriyev