Tarix : 2017 Aug 26
Kod 52651

''Mehman Əliyevin həbsi siyasi sifarişdir''

Avqustun 25-də Yasamal Rayon Məhkəməsi "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin barəsində bu ilin noyabrın 7-dək həbs-qətimkan tədbiri seçib.
Meydan tv-O, Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə suçlanır. Vergilər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Mehman Əliyev “Qrant haqqında” qanunun tələblərini pozub. 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat qanunsuz gəlir əldə edərək, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Nazirlik onu da iddia edir ki, M.Əliyevin 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.
Vəkil Fuad Ağayev isə deyir ki, verilən ittihamlar əsassızdır. Mehman Əliyevin həbsi siyasi sifarişdir.
Vəkilin deyir ki, belə olan halda istintaq orqanının borcu idi ki, onların vəsatəti əsasında iş üzrə icraatı ən azı dayandırsınlar.
Vəkil bildirib ki, Mehman Əliyevə heç bir qətimkan tədbiri seçilə bilməz. Alınan qərardan apelyasiya şikayəti veriləcək.
Vergilər Nazirliyi avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib.
"Turan" İnformasiya Agentliyi bütün iddiaları rədd edib. Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıyır.
Vergilər Nazirliyinin əməkdaşları "Turan" agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar. Agentlikdən son 7 ilin sənədləri istənilib. Mehman Əliyevsə ittihamları qəbul etmir.

  • Yazılıb
  • da (də) 2017 Aug 26
  • Göndərən مدير سايت Aran News