Tarix : 2017 Aug 27
Kod 52661

Ölkənin ölümünü seyr etmək

Artıq 2017-ci ilin avqust ayı başa çatır. Ölkədə öyünüləsi, təsəlli tapılası, stimulverici heç nə yoxdur.
aminSesi xəbər verir ki, bu barədə Gürcüstanlı inanclılar öz narahatçılıqlarını bildiriblər.
Xatırladaq ki, Veysəl Orucovun sosial şəbəkələrdə sələfilərdən kənar əqidələrə, xüsusilə şiə məzhəbinə qarşı nifrət doğuracaq kifayət qədər çıxışları vardır. Hətta bir neçə müddət bundan öncə onun sosial şəbəkələrdə Suriyada döyüşən vəhhabi terrorçularına dua etmək çağırışı ilə bağlı səs yazısı yayılmışdır.
Gürcüstanlı inanclıların yaydığı məlumatda qeyd edilir ki, Mədinə Univerisitetinin məzunu vəhhabi missioneri Veysəl Orucov adı şəxs Gürcüstanın Kaxeti bölgəsinin Telavi muniçipalitetinin Qaracala kəndində cövlan edir:
“Ölkədəki münbit şəraitdən istifadə edib açıq-aşkar vəhhabiliyi təbliğ etməklə və şiə müsəlmanları təkfir etməklə məşğuldur. Ramazan ayında Tiflisdə vahabilərin iftar məslisində qardaşlarına "nəsihət"lər verib. Hətta son Fitr bayramında Qaracala məscidində qıldırdığı bayram namazından "Rustavi2" kanalı reportajda hazırlayıb.
Gürcüstandakı bütün dini qurumları və dövləti bu məsələyə diqqət etməyə və bu fitnəkar şəxsin fəaliyyətinin qarşısını almağa çağırırıq. Çünki, hər bir vəhhabi potensial terrorçudur, aktiv fəaliyyətə keçməmişdən qabaq qarşısı alınmalıdır.”
ShareFacebookTwitterGoogle+LinkedInTumblrWhatsApp
nur-az.com:hamı seyr eləyir, hamı “müdrik” fikirlər söyləmək, “uzaqgörən” analizlər etmək həvəsindədir. Həqiqətdən başqa hər şeyi yad edirik. Reallıqdan başqa hər şeyi görməyə çalışırıq. Hər gün ölkənin hər yerindən “qara kağız” alırıq. Birini şərləyib tuturlar, biri intihar edir, biri müalicə olunmağa pul tapmır, biri təhsil haqqını ödəyə bilmir və.s. Elə bir dövlət qurumu yoxdur ki, haqqında müsbət fikir söyləyə bilək. Elə dövlət məmuru yoxdur ki, barəsində fəxrlə danışa bilək. Elə qərara, sərəncama, fərmana rast gəlmirik ki, sabaha ümidimizi artırsın. Hökumətin bütün fəaliyyəti ağır vəziyyəti daha da ağırlaşdırmağa hesablanıb. Dövlətin milyardlarını oğurlayanlar, şərəfiylə yaşayanları maliyyə xəyanətində ittiham edir. Dövlətin və xalqın qeydinə qalmalı olanlar, rəqibləriylə ən iyrənc formada mübarizə aparırlar. Ölkədə xeyli adamın şərəfsizlik tələbatı yaranıb. Biri jurnalist, o biri hüquqşünas, başqa biri siyasətçi adıyla ləyaqətsizliyin zirvəsini fəth etməyə çalışır. Dəyərlər əsir düşüb, xeyli adam “balama çörək aparıram” arqumentiylə, başqalarının balasını yetim qoyur. İnsanlığını satışa çıxaran xeyli adam villa, avtomobil, iş yeri əldə edib. Bir sözlə, milyonlarla insanın gözü qarşısında bir qrup adam şərəfsizliyə sərmayə yatırır. Əslində, bu dəhşətli mənzərənin real bir tərifi var. Bütün analizlərin bir cavabı var. Faktiki olaraq ölkəni öldürməklə məşğuldular. Dəyərlər öldürülübsə, dövlərin imici zədələnibsə, vətəndaş səfil vəziyyətə düşübsə, dövlət qurumları korrupsiya yuvasına çevrilibsə, təhsil, səhiyyə, məhkəmə sistemi koma vəziyyətindədirsə, deməli ölkə öldürülür.
Ən dəhşətlisi isə budur ki, milyonlarla insan bəhanələrlə silahlanıb. Gözümüzün qarşısında ölkəni öldürürlər. Biz isə “dünyanın hər yerində haqsızlıq var”, ” kim gəlsə qara camaata qənim kəsiləcək” , “hökumətlə hökymətlik eləmək olmaz”, “onsuz da düzələn deyil” kimi arqumentlərlə qətlə haqq qazandırırıq. Daha doğrusu, bizim bəhanələrimiz ölkəni qətlə yetirənlərin silahına çevrilib. Deməli, biz də qətlə ortaq olmuşuq. Başa düşmürük ki, ölkənin ölümü bizim də ölümümüz deməkdir. Bu ölkəyə hər dəfə zərbə vurulanda biz yetim qalırıq.
Bəli, əgər ölkədə öyünüləsi heç nə qalmayıbsa, əgər ən cılız uğurlarla bizə təsəlli verirlərsə, əgər bir hökumətin nəaliyyyəti “dolma festivalı”, mürəbbə festivalı”ndan ibarətdirsə, deməli ölkə can verir. Əgər bu boyda tənəzzülü vətəndaşa inkişaf kimi təqdim edirlərsə, deməli vətəndaşı da ölü sayırlar. Ölmüş vətəndaşın ölkəsini öldürməkdən asan nə ola bilər ki?
İçimizdə kök salmış bəhanələri öldürməsək, ölkəni ölümdən xilas edə bilməyəcəyik. AzTv-lər, vicdanlı adamlara şər-böhtan atanlar bu qədər israrlıdırsa, biz niyə həqiqəti bayraq etmək, haqqın yanında olmaq üçün israr etməyək?

  • Yazılıb
  • da (də) 2017 Aug 27
  • Göndərən مدير سايت Aran News