“Siyasi məhbus problemi gündəmin daimi mövzusudur. Həm məhbusların sayı artır, həm də həbsxanalarda onlara işgəncə verilir, təzyiq göstərilir. Bu problemin həlli köklü dəyişikliklə birbaşa bağlıdır”.
Meydan tv-Siyasi məhbuslarla bağlı sosial mediada – “Facebook” və “Twitter”də #azadet #free kampaniyası başlanıb.Kampaniya yaradıcıları bildirirlər ki, siyasi məhbusların müdafiə komitələrinin, vəkillərin işləri vacib və önəmlidir. Ümumilikdə siyasi məhbuslara hüquqi, siyasi, maddi - mənəvi dəstək avtoritar rejimə qarşı mübarizənin tərkib hissəsidir, əsas istiqamətlərindən biridir:
“Kampaniyanın məqsədi hakimiyyətdən dostlarımıza azadlıq tələbidir. #azadet #free kampaniyasının vəzifələri yerli ictimaiyyəti siyasi məhbuslara dəstək olmağa cəlb etməkdir. Əcnəbi hüquq müdafiə təşkilatlarını, üzvlərini, siyasətçiləri Azərbaycandakı məhbus probleminə ardıcıl yanaşmağa səsləməkdir”.
Kampaniya avqustun 30-u axşama qədər davam edəcək:
“hər kəsi “Twitter” və “Facebook”da #azadet #free haştağları ilə yazmağa çağırırıq”.