Bu gün Bakıda İran səfirliyinin təşkilatçılığı ilə Azərbaycan mediasının bir qrup nümayəndəsi İrana səfərə yola düşüb.
İslaminSesi.info xəbər verir ki, səfər Təbriz şəhər İcra Hakimiyyətinin rəhbərliyinin təşəbbüsü ilə baş tutub. Səfərə yola düşən jurnalistlər səfər çərçivəsində müxtəlif görüşlər keçirəcək, Təbriz şəhərinin tarixi, mədəniyyəti, elm ocaqları, istehsal müəssisələri ilə yaxından tanış olacaqlar.
Qeyd edək ki, səfərə yollanan jurnalistlər arasında İslaminSesi saytının baş redaktoru Xəyal Şükür də var.