Tarix : 2017 Aug 30
Kod 52688

İran səfirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndəsi Təbrizə yola düşüb

Bu gün Bakıda İran səfirliyinin təşkilatçılığı ilə Azərbaycan mediasının bir qrup nümayəndəsi İrana səfərə yola düşüb.
İslaminSesi.info xəbər verir ki, səfər Təbriz şəhər İcra Hakimiyyətinin rəhbərliyinin təşəbbüsü ilə baş tutub. 
Səfərə yola düşən jurnalistlər səfər çərçivəsində müxtəlif görüşlər keçirəcək, Təbriz şəhərinin tarixi, mədəniyyəti, elm ocaqları, istehsal müəssisələri ilə yaxından tanış olacaqlar. 
Qeyd edək ki, səfərə yollanan jurnalistlər arasında İslaminSesi saytının baş redaktoru Xəyal Şükür də var.

  • Yazılıb
  • da (də) 2017 Aug 30
  • Göndərən مدير سايت Aran News