30 avqustda "Siyasi məhbusları azad et!" adlı tədbir keçirilib. Gənc fəalların və bir neçə təşkilatın təşəbbüsü ilə baş tutan tədbirdə ilk söz Milli Şuranın sədri ilə Müsavat Partiyasının başqanına verilib.
Meydan tv-Tədbir təkilatçılarıdan olan Əbülfəz Qurbanlı isə çıxışında bildirib ki, sentyabr ayında"Azad et!" kampaniyasını yeni metodlarla həyata keçirməyi planlaşdırırlar. Onun sözlərinə görə, siyasi məhbuslarla bağlı aparılan işlər siyasi məhbusları azad etməyə kifayət etmir.Tədbirin sonunda siyasi məhbus ailələri də çıxış edib.