Tarix : 2017 Sep 02
Kod 52701

Təbriz rəsmiləri azərbaycanlı media nümayəndələrini qəbul edib

İran səfirliyi və Təbriz merinin birgə təşkilatçılığı ilə Azərbaycanın bir qrup media nümayəndəsi Təbrizə səfərə yola düşməsi barəsində xəbər vermişdik
Artıq iki gündür davam edən səfər çərçivəsində azərbaycanlı jurnalistlər bir neçə rəsmi görüşlər keçirib. “İslaminSesi” əməkdaşının verdiyi məlumata görə, ilk görüş Təbriz Şəhər Bələdiyyə sədri vəzifəsini icra edən Məhəmməd Hüseyn İshaqi, Təbriz şəhər parlamentinin sədri Doktor Şəkur Əkbər Necat, bələdiyyə və parlament nümayəndələri ilə birgə baş tutub.
Görüş zamanı çıxış edən Təbriz Şəhər Bələdiyyə sədri vəzifəsini icra edən Məhəmməd Hüseyn İshaqi Azərbaycan media nümayəndələrinin Təbriz şəhərinə səfər etməsini təqdirə layiq hal kimi dəyərləndirib və bu əlaqələrin bundan sonra da daha da yüksək formada inkişaf etdirilməsinin vacib olduğunu söyləyib.
Son illər Təbrizdə görülən işlər barədə də məlumat verən Məhəmməd Hüseyn İshaqi, Təbrizin 2018-ci ilə dünya islam ölkələrinin mədəniyyət paytaxtı seçildiyini və bununla bağlı hazırlıq işləri görüldüyünü söylədi.
Məhəmməd Hüseyn İshaqi onu da qeyd etdi ki, Təbriz şəhəri Azərbaycan və İranı birləşdirən ortaq bir dəyərdir və hər iki ölkənin media nümayəndələri bu şəhərin gözəllikləri, dini, milli-irsi, tarixi abidələri və mədəniyyəti ilə bağlı dünyaya yüksək formada informasiya çatdırmaq üçün əlindən gələni etməlidir.
Bundan sonra çıxış edən Təbriz şəhər parlamentinin sədri Doktor Şəkur Əkbər Necat qeyd edib ki, media işçiləri olduqca çox böyük bir qüvvədir və hər iki dövlətin münasibətlərinin güclənməsi və ya zəifləməsindən medianın çox böyük rolu var: “Ümidvaram ki, media nümayəndələri iki ölkənin qardaşlığının daha möhkəmlənməsində və güclənməsində əllərin gələni edəcəklər.”
Sonda Azərbaycanlı qonaqlara hədiyyələr təqdim edildi və birgə xatirə fotosu çəkildi.
Xəyal Şükür
            

  • Yazılıb
  • da (də) 2017 Sep 02
  • Göndərən مدير سايت Aran News