Azərbaycan ilə Rusiya arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası göndəriləcək.
İslamınSəsi baku.ws-ə istinadən xəbər verir ki, bu barədə TASS agentliyi hərbi mənbələrinə istinadən xəbər yayıb.Məlumata görə, 2010-cu ildə iki lkə arasında imzalanmış müqaviləyə əsasən PDM-3 texnikaları göndəriləcək.
Mənbənin bildirir ki, hərbi texnikanın Azərbaycana çatdırılması 2018-ci ildə başa çatacaq.
2010-cu ildə imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə görə T-90C tankları, özüyeriyən artilleriya, raket sistemləri, ağır alovsaçan sistemlərinin göndərilməsi nəzərdə tutulub.