Bakıda İran səfirliyinin təşkilatçılığı ilə Azərbaycan mediasının bir qrup nümayəndəsi İİR-ə yola düşüb. FaktXeber.com-un səfərdə olan baş redaktoru Aqil Mehdinin verdiyi məlumata görə, qonaqlar bu gün "Mədəni irs, Turizm və Əl İşləri Sənayesi üzrə Mərkəz"də olublar. Həmin tədbirdən qısa reportajı təqdim edirik.
Azərbaycandan gələn qonaqları qurumun rəhbəri Mürtəza Abdar və əməkdaşları qarşılayıb.Azərbaycanlı jurnalistlərə mərkəz barədə məlumat verən qurumun rəhbəri Təbrizin 2018-ci il üçün İslam paytaxtı seçildiyini xatırladıb və bununla əlaqədar şəhərdə bir neçə beyin mərkəzinin yaradıldığını bildirib. Onun sözlərinə görə, ideyası olan hər kəs Mərkəzə gələrək öz fikirlərini bəyan edir: "Bunu kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəs edə bilər. Bundan sonra toplantı keçirilir və təkliflər müzakirəyə çıxarılır".
Mürtəza Abdar həmçinin bildirib ki, sözügedən mərkəz UNESCO-ya arxeoloji qazıntılar, xalçalar, qədim binalar və sair kimi mədəni irs üçün siyahıları da təqdim edir.
Qeyd edək ki, səfər Təbriz şəhər İcra Hakimiyyətinin rəhbərliyinin təşəbbüsü ilə baş tutub.