Xəbər Lenti

Höccətül-islam Ali-Haşim: Azərbaycan Respublikası islamçı məhbusları azad etsin

Xəzər ölkələri bir neçə sənədi razılaşdırıblar

Sumqayıtda işçinin öldürdüyü müdir kimdir– “Hacı, ürəkləri yandırdın…” (Fotolar

İsrail hərbçiləri daha iki fələstinlini şəhid ediblər

"Bu adamların yeganə günahı vətənlərini sevmələridir"

AXCP rəhbərliyindən daha 3 nəfər həbs olundu

Təbrizin İmam cüməsi Azərbaycan prezidentinə müraciət edib

Oqtay Gülalıyev: Əfv sərəncamı ümidləri doğrultmadı

Nardaran işi 4: Şahidlər təqsirləndirilən şəxsləri tanımır

NİDA üzvü: Əfqan Muxtarlı ilə görüşə icazə vermədilər

Fələstinlilərə qarşı əməliyyatda İsrail xüsusitəyinatlısının başına böyük daş düşdü

"Donald Tramp da sələfləri Buş və Reyqan kimi tarix səhnəsindən silinib gedəcək"

Əsəd: “Dar baxış və maraqlara malik ölkələr siyasi səylərə mane olmağa çalışır”

ABŞ Paşinyan hökumətinə milyonlarla dollar ayıra bilər

`Dəmirbank`ın kreditorlarının DİQQƏTİNƏ

Şəhid əsgərin ailəsinin qazpulu borcu silinə bilərmi

ABŞ-İran münasibətlərinin Azərbaycana təsiri olacaqmı

Azərbaycan R-da məhbus dindarların azadlığı tələb olunub+Audio

MBH üzvünün məhkəməsi təxirə salınıb

İraqın "Sədr" hərəkatının rəsmisi İranla münasibətlərə aydınlıq gətirdi

Rusiyada terrorçularla əlaqədə şübhəli bilinən 8 nəfər saxlanılıb

Oğuzda silahlı şəxslər tutulub

Hökümətdən əfv sərəncamına islamçıların adının salınması istənildi

AXCP fəalı həbs edilib

Siyavuş Novruzov qız qaçırılmanı insan oğurluğu saymır

Milli Şuraya mayın 28-də mitinq keçirməyə icazə verilmədi

Ali Məqamlı Rəhbərin baxışında qonşu ölkələr

ABŞ Müqtəda Sədrin `Sairun` koalisiyası ilə əlaqəyə çalışır

ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Netanyahu onların qorxusundan hökumət iclaslarını yerın altına keçirib

İsrailin mühasirəsini qırmaq məqsədilə – Avropa gəmiləri Qəzzaya yola düşüb

Bakıda “Qarabağ dünən, bu gün və sabah” adlı elmi-praktik konfrans keçirilib

Qarabağ əlili: Polis şöbəsində məni öz əsamla döydülər

Müsavat Partiyasının fəalı 30 sutka həbsə məhkum edilib

Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

Seyid Əli Xamenei: "Qərb xalqlarının nail olduğu yerə çatmalıyıq" düşüncəsi səhvdir

Həbs edilən sabiq icra başçısından 10 gündür xəbər yoxdur

“Maarifçiliyə Dəvət” İB fələstinlilərin qətliamı ilə bağlı BƏYANAT yayıb

Arxiv
 
Tarix : 2017 Sen 03     |     Kod : 52707

Təbrizin fərmandarı: Təbriz və Bakının ortaq tarixi media əməkdaşlarının diqqətində olmalıdır

Təbriz şəhərinin fərmandarı Azərbaycan Respublikası və İranın azərilər yaşayan bölgələri xalqları arasında çoxlu ortaqlıqlar olmasını vurğulayaraq deyib: “Təbriz və Bakının ortaq tarix, sivilizasiya və mədəniyyətinə diqqət hər iki tərəfin media əməkdaşları və jurnalistləri üçün əhəmiyyət daşımalıdır.”

AranNews – Redaksiyamızın “İRNA”-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının dövlət və özəl media əməkdaşlarından ibarət bir qrup Təbrizin fərmandarı Rəhim Şöhrətifərlə görüşüb. Görüşdə fərmandar iki ölkə xalqlarını bir-birinə yaxınlaşdırmaqda medianın rolunu mühüm və təyinedici adlandıraraq deyib: “Biz, Bakı mediası fəallarının Təbrizə gəlişinə çox sevinirik. Bilirik ki, öz vətəninizə qayıtdıqda dərin və peşəkar baxışınızla Təbrizi və İran Azərbaycanını ölkənizin xalqına tanıtmaq üçün təsirli və faydalı addımlar ata bilərsiniz.”
Rəhim Şöhrətifər qeyd edib ki, burada olduğunuz vaxtda Təbriz və Şərqi Azərbaycanda gördüklərinizi, gözəllikləri və həqiqətləri öz medianızda işıqlandırın ki, bu vasitə ilə Arazın iki sahilinin xalqları arasındakı dostluq və səmimiyyətlər möhkəmlənsin.”
Təbrizin fərmandarı Təbriz və Bakının tarixi əsərlərini və Təbrizdə yaşamış böyük şiə alimlərini tanıtmağı, Təbrizin universitet və tibb mərkəzlərini, “Örtülü bazarını” və Təbrizin tarixini tanıtmağı Azərbaycan Respublikasının media camiəsindən gözləntisi kimi qeyd edib.
R. Şöhrətifər Təbriz və Bakının din, dil, mədəniyyət və ictimaiyyət ortaqlıqlarına toxunaraq deyib: “Tarixi sənədlərə görə, bu iki şəhər eyni mədəniyyət və tarixə malikdir. Hətta, Təbrizdən qalxmış İranın Məşrutə İnqilabının əsərləri Təbriz muzeyində olduğu kimi Azərbaycan Respublikasının muzeylərində də mövcuddur. Bu məsələ iki məntəqənin dərin mədəni və tarixi bağlılığını göstərir.”
Fərmandar Təbrizin 2018-ci ildə “İslam dünyasının turizm paytaxtı” elan olunduğunu xatırladaraq bunu çox mühüm və faydalı bir hadisə adlandırıb, bu istiqamətdə qonşu ölkələrlər, o cümlədən Azərbaycan Respublikası ilə hər növ əməkdaşlığa hazır olduqlarını bildirib. O deyib: “Bu seçim Təbrizin aydın meyarları, dəyərli tarixi və mədəni əhəmiyyətinə görə baş tutmuşdur.”
O əlavə edib: “2019-cu ildə Bakının “İslam dünyasının turizm paytaxtı” adlanacağı da bizim üçün çox sevindiricidir. Təbriz, İslam ölkələrindən gələn turistləri qarşılamaqda əldə etdiyi təcrübəni Bakının ixtiyarında qoya bilər.”
Fərmandar Təbrizi İranın başı və qəlbi adlandıraraq deyib: “Tehran və Bakı arasında iqtisadi və siyasi əməkdaşlıqların genişlənməsi İran və Azərbaycan ölkə başçılarının müdrik və mühüm qərarlarından sayılır. Hamımız bu istiqamətdə addım atmalıyıq, müxtəlif sahədə, o cümlədən mədəniyyət və media sahəsində əməkdaşlıqlarımızı gücləndirməliyik.”
R. Şöhrətifər, İran İslam Respublikasının Azərbaycan vətəndaşlırı üçün vizanı ləğv etməsini ikitərəfli əlaqələrin genişlənməsində əməli və faydalı addım kimi dəyərləndirib, Azərbaycan dövlətinin də belə bir addım ataraq İran vətəndaşları üçün vizanı ləğv etməsini istəyib.
Xatırladaq ki, Azərbaycan Respublikasının dövlət və özəl media əməkdaşlarından ibarət 13 nəfərlik qrup Təbrizin tarixi əsərlərini görmək və Təbriz-Bakı münasibətlərini gücləndirmək məqsədilə onları tanıtmaq üçün Təbrizə səfər etmişdir və 3 gün bu tarixi şəhərdə qalacaq.



Yazılıb da (də)   2017 Sen 03  Saat  08   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin