Onlar bir ana, onun qızı, gəlini, nəvələri və bacısı qızından ibarətdirlər. Bu ailələrin sonrakı taleyləri Azərbaycan Dövlətinin Bağdaddakı səfirliyindən aslıdır. Səfirlikdən onlara sahib çıxsalar Azərbaycana qaytarılmaları mümkün olacaqdır.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycandan Türkiyə vasitəsi ilə, Suriya və İraqa gedən azərbaycanlı sələfi terrorçuları Təlafər şəhərində darmadağın edildikdən sonra, arvad-uşaqları Həşdu Şəbi Könüllü dəstələrinə əsir düşüb. Hazırda azərbaycanlı əsir ailələri Bağdada evakuasiya ediblər. Onlar bir ana, onun qızı, gəlini, nəvələri və bacısı qızından ibarətdirlər. Əsir arvadların dediyinə görə, ərləri İraq xalqına qarşı döyüşlərdə öldürülüblər. Bu ailələrin sonrakı taleyləri Azərbaycan Dövlətinin Bağdaddakı səfirliyindən aslıdır. Səfirlikdən onlara sahib çıxsalar Azərbaycana qaytarılmaları mümkün olacaqdır.