Tarix : 2017 Sep 05
Kod 52723

İslam aləminin problemlərinin həllində İran və Türkiyənin əməkdaşlığının əhəmiyyəti

İran və Türkiyə regionun iki böyük supergücü və İslam aləmində təsirli ölkələr olaraq çoxlu dəyərli maddi, mənəvi, tarixi, geopolitik, elmi və mənəvi potensiallara malik olduqları üçün bir-birilə əməkdaşlıq etmək yolu ilə İslam dünyasının mövcud problemlərinin həllində çox təsirli rol ifa edə bilərlər.
Nur-az.com:Müasir dövrümüzdə dünya camiəsi hər biri bir siyasi quruluş və ya ölkə (Millət-Dövlət) şəklində formalaşan müxtəlif toplumlardan təşkil olunmuşdur və hər bir camiə öz münasibətlərini beynəlxalq qaydalar əsasında qurmuşdur. Amma siyasi hökumətlərin rəftar təməli bu qayda-qanunlardan qaynaqlanmır və ona uyğun deyil; tanımaq, təfəkkür fəlsəfəsi və onların siyasi baxışlarından təsirlənərək, iki ölkənin və ya iki xalqın əlaqəsini ümumi baxış və yanaşma üzərində formalaşdırıb. Bir hökumət millətçi və qeyri-ideoloji yanaşma ilə özünü milli sərhədlər çərçivəsində tanıdır və məhz milli maraqlarını nəzərə alır, digər bir hökumət isə milli sərhədləri aşan ideoloji yanaşmanı qəbul edir, özü üçün transmilli və transsərhəd maraqlar nəzərdə tutur. Baxmayaraq ki, bu iki maraq bir çox hallarda bir-birinə qarışmışdır və bir-birinin içində tərif olunur. 
İdeoloji məqsəd və maraqlar bir çox hallarda həmin beynəlxalq qayda-qanunlar əsasında izlənir. Bəzən də bu qaydalar əsasında olmadığı üçün sözü gedən qayda-qanunlarla təzad təşkil edir.
İran İslam Respublikası islami quruluş və ideoloji yanaşma ilə bəşər camiəsi ilə əməkdaşlıq və beynəlxalq qaydalar çərçivəsinə əməl etməklə, eyni zamanda öz etiqadi prinsiplərini nəzərə almaqla bütün dünya, xüsusilə də müsəlmanlar qarşısında dini missiyanı da öz vəzifəsi bilir. Türkiyədə iqtidarda olan islamçı partiyanın da ideoloji görüşləri vardır və elə bu səbəbdən də İslam dünyasında rol ifa etməyə təlaş edir.

Hazırkı durumda İslam dünyasına görə İran və Türkiyənin əməkdaşlığının əhəmiyyəti
İslam aləmi yüz ildən çoxdur ki, istismarçı və imperialist ölkələr tərəfindən ardıcıl olaraq zülm və müsibətlərə məruz qalmışdır. Vəziyyət getdikcə daha da ağırlaşmışdır və hal-hazırda şahidi olduğumuz böhranlı bir duruma çatmışdır. Müsəlmanlar daxili ixtilafları və bunun nəticəsində öz aralarında vəhdət və əməkdaşlıq yarada bilmədiklərindən qərbin düşmənçiliklərinə lazımi reaksiya göstərə bilməyiblər. Müsəlmanlar arasında vəhdət və əməkdaşlıq baş tutmayınca, bu əzab-əziyyətlərdən də xilas olmaq mümkün olmayacaq. Ona görə də bu günləri İslam aləmində əməkdaşlıq başqa vaxtlardan daha zəruri görünür.
Mürəkkəb durum dünyaya hakim dəyişikliklərə və beynəlxalq münasibətlərə güclü təsir qoymuşdur, ölkələrin məsləhət və maraqlarını bir-birinə qatmışdır. Sonda dövlətlərin yanaşmalarında məhdudiyyətlər yaranmış və onu çoxlu mülahizələrə məcbur etmişdir. Belə ki, indiki vəziyyətdə ən qüdrətli dövlət də dünyada təkbaşına hakimiyyət etməyə qadir deyil və hadisələri dünya, yaxud regional səviyyədə idarə edə bilməz. Bu səbəbdən iki, yaxud daha çox və ya bütün ölkələrin bu sahədə əməkdaşlıq etməsi qaçılmazdır. Bu əməkdaşlıq elə yüksək səviyyədə olmalıdır ki, böyük koalisiyalar yaratmaq və beynəlxalq arenada daha çox razılaşmalar əldə etmək mümkün olsun. İslam aləmi də dünyanın ən böyük hissəsi kimi sözügedən qaydaya tabedir. Hər hansı müsəlman ölkəsi öz qüdrətinə arxalanaraq təkbaşına müsəlmanlara rəhbərliyi və onların işlərini idarə etməyi öhdəsinə almaq istəsə, heç bir nəticə əldə edə bilməyəcək, üstəlik, İslam aləminə və özünə çoxlu ziyanlar vuracaq.
İran və Türkiyə regionun iki böyük supergücü və İslam aləmində təsirli ölkələr olaraq çoxlu dəyərli maddi, mənəvi, tarixi, geopolitik, elmi və mənəvi potensiallara malik olduqları üçün bir-birilə əməkdaşlıq etmək yolu ilə İslam aləminin mövcud problemlərinin həllində çox təsirli rol ifa edə bilərlər. Bu iki ölkə əməkdaşlıq etdiyi surətdə İslam aləminin böyük hissəsini çox asanlıqla özlərinə tərəf çəkə bilər və İslam aləmində heç bir sapındırıcı qüvvə onların qarşısında dayana bilməz.
Türkiyənin öz şərait və xüsusiyyətindən tamamilə fərqli olan Ərəbistan və onun müttəfiqləri kimi bir ölkə ilə koalisiyaya girməsi qəbuledilməzdir və strateji səhv sayılır. Türkiyə, Ərəbistandan tamamilə fərqli bir ölkədir. Türkiyə demokratik ölkədir. Halbuki, Ərəbistanda hökumət quruluşu isə mütləq monarxiya əsasındadır. Ədalət və İnkişaf Partiyası Ərəbistanla müqayisədə daha tolerant və müdrik İslam təqdim edir, digər partiya və dini məktəblərə hörmətlə yanaşır. Halbuki, Ali-Səud vəhabilik və təkfirçilik çərçivəsində ən quru, ən nadan və ən ifratçı bir din tərvic edir, yalnız özünü İslamın düzgün təfsirçisi hesab edir, başqalarını bidət qoymada, dindən sapınmada ittiham edir, onları kafir adlandırır və qətlini vacib bilir. Sözsüz ki, belə bir ölkə İslam aləmində özünə etibar qazana və heç bir yaxşı nəticəyə nail ola bilməz. Ədalət və İnkişaf Partiyası isə İran İslam Respublikası ilə bir çox ortaq maraqlara və əməkdaşlıq potensiallarına malikdir.
İran və Türkiyə arasında nəzərdə tutulan əməkdaşlığı genişləndirmək üçün bir neçə mühüm mövzuya diqqət olunmalıdır:
1. Vahid dini və transməzhəb baxış;
2. Hazırkı durumda İslam aləmində vəhdətin zəruriliyinə və əhəmiyyətinə xüsusi diqqət;
3. Dini və transmilli maraq və məsləhətləri milli maraq və məsləhətlərdən üstün tutmaq;
4. İslam aləmində istənilən yaxşı vəziyyət yaratmaq istiqamətində layihələr hazırlamaq, onu həyata keçirmək üçün birgə düşüncə və razılaşma əldə etmək;
5. Hazırlanmış planları həyata keçirmək üçün işi güclü və təsirli İslam ölkələri arasında bölüşdürmək, digər müsəlman ölkələrin öz gücü miqdarında onları istiqamətləndirmək.
6. İslam aləminin və müsəlmanların ümumi mənafe və məsləhətlərini nəzərə almaq.


  • Yazılıb
  • da (də) 2017 Sep 05
  • Göndərən مدير سايت Aran News