Tarix : 2017 Sep 06
Kod 52735

''Azərbaycan lideri tiran kimi davranır''

"Azərbaycan lideri hərc-mərcliyi davam etdirir, bir tərəfdən azadlıqdan danışır, digər tərəfdən tiran kimi davranır. Cənab Əliyevin hakimiyyəti altında narazı alimlərə, insan haqları müdafiəçilərinə və jurnalistlərə qarşı davamlı cəza kampaniyası aparılıb”.
Meydan tv-Bu fikirlər "The Washington Post" qəzetinin redaksiya məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd olunanda, prezident İlham Əliyev jurnalistlərə 255 mənzil hədiyyə edib. Dörd il öncə jurnalistlərdən ötrü ilk binanın açılışı olmuş, 155 mənzil paylanmışdı. Cənab Əliyev hər dəfə eyni sözləri işlədib, ölkədə söz azadlığının təmin olunduğunu deyib.
Məqalədə Əliyevin idarəçiliyi qorxu üzərində qurduğu və ona sadiqlik göstərənləri mükafatlandırdığı qeyd olunur.
“Zərərçəkənlərdən biri də Azad Avropa/Azadlıq Radiolarının Bakı müxbiri Xədicə İsmayılova idi. Onun cəsarətli araşdırmaları Əliyevin ailə üzvlərinin gizli sərvətini və digər xoşagəlməz həqiqətləri üzə çıxarıb, sonra da həbsxanaya düşüb. 2016-cı ilin mayında, 18 aydan sonra azadlığa buraxılan İsmayılova hədiyyə mənzil məsələsinə belə reaksiya verib – o, əziyyətlərinə üstün gələrək mənzilləri rüşvət kimi qəbul etməyənləri tərifləyib", – məqalədə deyilir.
Yazıda həmçinin "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin qrant qanununu pozmaq ittihamıyla həbsə atıldığı vurğulanır:
"Hakimiyyət bu media qrupuna qarşı vergidən yayınma və digər ittihamları işə salıb. Məqsədin təşkilatı və onun direktorunu qorxutmaq olduğu görünür. 1990-cı ildə əsası qoyulan "Turan" siyasi, iqtisadi və sosial məsələlərdən yazırdı, ancaq görünür, prezidenti qıcıqlandıran onların sədaqətsizlik sərgiləməsi olub".

"Turan-nın rəhbəri tək deyil – Azərbaycan həbsxanalarında digər jurnalistlər və blogerlər də cəza çəkir. Onlar azadlığa buraxılmalıdır. Eyni zamanda, heç kəs prezidentin azad mətbuatla bağlı gözəl sözlərinə, yaxud jurnalistləri satın almaq kimi ziyanlı təcrübəsinə aldanmamalıdır. Həqiqəti həbsə atmaq və ya satın almaq mümkün deyil", - qəzeti yazır.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov OCCRP adlı qurumun xarici mediada yayılmış materialı ilə bağlı AZƏRTAC-a açıqlama verib. Ə.Həsənov bildirib ki, hüquqi, demokratik dövlət olan Azərbaycan Respublikasının sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə Ermənistan və erməni lobbisini ciddi narahat edir.

  • Yazılıb
  • da (də) 2017 Sep 06
  • Göndərən مدير سايت Aran News