Fəxrəddin Haşimi vurğulayıb: “Hal-hazırda Azərbaycan və Türkiyə ölkələrinə uçuşların açılması barədə işlər aparılır. Bunun həyata keçməsi üçün aviaşirkətləri razı salmaq lazımdır.”
Aran Agentiliyi: Ərdəbil aeroportunun müdiri əlavə edib ki, hazırkı şəraitdə bu əyalətdən xarici ölkəyə yalnız İraqın müqəddəs ziyarətgahların uçuşlar vardır. Lakin əyalətin ehtiyaclarını nəzərə almaqla digər qonşu ölkələrə də reyslərin açılması zəruridir.
F. Haşimi Ərdəbil aeropurtunun regionun habına çevrilə biləcəyini qeyd edərək deyib: “Ərdəbil aeroportu beynəlxalq aeroporta çevrilsə, regionda hab hava limanı ola bilər, hətta ötən təyyarələrə də yardım göstərə bilər, onlara yanacaq çatdıra və təmir edə bilər.”