Tarix : 2017 Sep 10
Kod 52751

Cənub Qaz Dəhlizi və Əliyev rejimi bulmacası

İngiltərənin “The Guardian” nəşri “Cənub Qaz Dəhlizi, Azərbaycan Laundromat bulmacasının əskik parçasıdır” adlı məqalə dərc edib
arannews_ İngiltərənin “The Guardian” nəşri “Cənub Qaz Dəhlizi, Azərbaycan Laundromat bulmacasının əskik parçasıdır” adlı məqalə dərc edib
Məqalədə deyilir ki, “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmada rejimin Avropa lobbiçiliyinə xərclənmiş minlərlə ödənişi üzə çıxarıb. Ancaq məqalə otaqdakı iri qara boşluğu xatırlatmayıb. Rejimin mütəmadi insan haqlarını pozması, korrupsiya və seçki saxtakarlığına rəğmən, Azərbaycan öz imicini Avropada müsbət göstərməyə çalışır ki, Cənub Qaz Dəhlizi flaqman layihəsinə görə dəstək alsın.
“Dəhliz, ümumi 45 milyard ABŞ dolları dəyəri olan fosil yanacaq sənayesinin həyata keçirdiyi ən böyük infrastruktur layihələrindən biridir. Onun vasitəsilə Azərbaycan Avropaya qaz daşıyacaq. Fosil yanacaq sənayesində güclü marağı olan korporasiyalar Avropa hökuməti qarşısında bu lazımsız layihəni icmaların iradəsinə qarşı qaldırır, insan hüquqları və sağlam iqlimə təhlükə yaradırlar.
Cənub Qaz Dəhlizi və onun vacibliyi Əliyev rejimi bulmacasının çatışmayan bir hissəsidir. Rejimin lobbiçilik məsələlərinin Avropa səviyyəsində aparılması və çirkli pulların yuyulması işlərində niyə bu qədər dəridən-qabıqdan çıxmasını qismən də olsa izah edir” - məqalədə deyilir.
Qəzet daha sonra yazır:
“İngiltərə hakimiyyətinin vergi və idarəetmə qanunlarındakı boşluqlardan istifadə edənlərin cəzalanması ilə bağlı verdiyi sözlərə baxmayaraq, bu halların təkrarlanması və ola bilsin ki, məhz sözügedən sonuncu fırıldaqçılıq olayı Birləşmiş Krallıqda böyük narazılıqlara səbəb oldu. 2013-cü ildə sabiq baş nazir Devid Kemeron, daha sərt şəffaflıq qaydaları vasitəsilə Krallıqda və onun xaricdəki ərazilərində vergidən yayınmalara son qoymağı vəd etmişdi. Artıq 4 il keçməsinə baxmayaraq, İngiltərə hakimiyyəti hələ də qanunlarda olan boşluqları aradan qaldırmağı bacarmadığına görə, cinayətkarlar çirkli pullarını gizlətməyə və transmilli şirkətlərin ödəməli olduğu vergilərdən yayınmağa müvəffəq ola bilirlər”.
Məqalədə vurğulanır ki, “Oxfam” beynəlxalq təşkilatı Şotlandiyadakı məhdud əməkdaşlıq əlaqələrinin yoxlanılmasını tələb edir:
“Hazırda bu növ əməkdaşlıq xidmətləri göstərən şirkətlər sahibləri haqda məlumatları ictimaiyyətə açmalıdırlar. Lakin bu qaydalar da detallı şəkildə öyrənilməli və tətbiq edilməlidir ki, sistem tərəfindən yeni sui-istifadə hallarına yol verilməsin.
İngiltərənin vergi cənnəti olan Britaniyanın Vircin adaları hələ də çirkli yollarla əldə edilən pullara və qeyri-vergi gəlirlərinə sığınacaq verərək, qeydiyyata saldığı şirkətlərin sahibləri haqqında məlumat verməkdən imtina edir. Bu cür vergidən yayınmalar, inkişafda olan ölkələrə hər il milyardlarla pulun itməsi bahasına başa gəlir, halbuki bu pullar məktəblərə və səhiyyəyə sərf edilə bilər. Siyasətçilər bu məsələlərlə bağlı qətiyyətli tədbirlər görməyincə, dünyanın ən kasıb insanları bunun hesabını ödəməyə davam edəcəklər”.
Qeyd:
Bu məktub, “Ofxam”beynəlxalq təşkilatının əməkdaşı olan Rebekka Qouland tərəfindən “The Guardian”-a ünvanlanıb.
“Oxfam”, 90-dan çox tərəfdaş ölkə və yerli icmalarla birgə fəaliyyət göstərən 20 təşkilatdan ibarət beynəlxalq konfederasiyadır.
  • Yazılıb
  • da (də) 2017 Sep 10
  • Göndərən مدير سايت Aran News