Tarix : 2017 Sep 11
Kod 52756

HRW: İsrail 15 minə yaxın fələstinli Qüdsdən zorla çıxarıb

İslamazeri.com xəbər verir ki, "Human Rights Watch"-un (Beynəlxalq İnsan Haqları Müşahidə Təşkilatı - HRW) hazırladığı hesabata görə, Sionist işğal rejimi Qüdsün şərq hissəsini işğal etdiyi tarixdən 2016-nın sonuna qədər 14595 qüdslünü şəhərdən zorla çıxarıb.
Aran Agentiliyi:  Hesabatda işğal rejiminin irqçi ayrı-seçkilik siyasəti nəticəsində bu insanların öz torpaqlarında yaşamaq hüquqlarından məhrum edilməsinə diqqət çəkilib. HRW-un hesabatına görə, Sionist işğal rejimi Şərqi Qüdsü işğal etdiyi tarixdən bu yana Şərqi Qüds ərazisində yaşayan minlərlə fələstinlini ikiqat standartçı irqçi siyasət yeridərək şəhəri tərk etməyə məcbur edib. Sözügedən hesabatda işğal rejiminin qüdslülərə tətbiq etdiyi irqçi siyasətdən dolayı bir çoxları evlərini itirib, çadırlarda yaşamağa məcbur olub, sonra buralarda yaşamaq hüququndan da məhrum edilərək tamamilə şəhəri tərk etməyə məcbur edilib.
Mənbə : İslamazeri
 

  • Yazılıb
  • da (də) 2017 Sep 11
  • Göndərən مدير سايت Aran News