İran Hərbi Dəniz Qüvvələrinin kateri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə xəbərdarlıq edib.
Aran Agentiliyi: İranın “Şams” balıqçılıq gəmisi texniki problemlə əlaqədar Fars körfəzində, Cask limanından 72 km məsafədə batma təhlükəsi ilə üzləşib.
Xilasetmə əməliyyatı üçün İran Hərbi Dəniz Qüvvələrinin “Falaken” kateri göndərilib. Xilasetmə əməliyyatı zamanı ABŞ hərbi gəmisi balıqçılıq gəmisinə yaxınlaşıb. Bununla əlaqədar “Falaken” katerinin heyəti ABŞ hərbi gəmisinə xəbərdarlıq edib və ABŞ hərbi gəmisi həmin rayonu tərk etmək məcburiyyətində qalıb.
IslamTimes