Tarix : 2017 Sep 12
Kod 52761

Ərdoğanın İrana tərəf dönməsinin gizlinləri

Türkiyənin regional siyasətində birdən-birə baş verən dəyişiklik və özünə tarixi düşmən hesab etdiyi Rusiya və İranın ən yaxın müttəfiqinə çevrilməsi, regionu və beynəlxalq əlaqələr şəbəkəsini köklü dəyişikliklərlə qarşılaşdırdı
AranNews – “Əl-Həyat” qəzeti Türkiyənin İrana tərəf dönməsini araşdıran məqalə dərc edib. Məqalədə yazılır:
Türkiyənin regional siyasətində birdən-birə baş verən dəyişiklik və özünə tarixi düşmən hesab etdiyi Rusiya və İranın ən yaxın müttəfiqinə çevrilməsi, regionu və beynəlxalq əlaqələr şəbəkəsini köklü dəyişikliklərlə qarşılaşdırdı.
İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general-mayor Məhəmmədhüseyn Baqirinin ötən ayın ortalarında yüksək çinli hərbi məsul kimi Ankaraya səfər etməsi İran-Türkiyə manasibətlərinin dərinləşməsinin açıq-aşkar əlaməti sayılır.
Amma görəsən, Ərdoğanın siyasətində belə bir dəyişiklik Türkiyəni ABŞ-dan uzaqlaşdıra bilərmi? Trampın qələbəsindən sonra Ankara ikitərəfli münasibətlərin yaxşılaşacağına ümidini gizlətmirdi. Amma o zaman Ərdoğan İrana qarşı düşmənçilik siyasəti seçmişdi və bu siyasətinin qarşılığında Amerikadan gözləntisi bu idi ki, Tramp dövləti Suriya kürdlərini dəstəkləməksən əl çəksin. Lakin Ərdoğanın yuxuları çin çıxmadı, Tramp Suriyadakı kürd yaraqlılarını dəstəklədiyini elan etdi. Ərdoğanın ümidləri puça çıxdı, Ankara və Vaşinqton arasında aşkar ziddiyyətlər göründü. İndiyə qədər də bu ziddiyyətlər davam etməkdədir. Sözügedən məsələ Ankaranı Moskva və Tehrana yönəltdi və bu ölkə NATO-dakı tarixi müttəfiqindən üz döndərdi.
Digər tərəfdən Türkiyə Suriya və İraqda hərbi təlaşlarını gücləndirmək barədə İranla razılığa gəldi. Üstəlik, Türkiyə, İran və Rusiya arasında bir sıra həyati məsələlərdə üçtərəfli əməkdaşlıqlar baş tutdu. Xüsusilə də Astana müzakirələrini dəstəkləmək, Xəzər dənizində müştərək neft hasili, dörd ərəb ölkəsinin Qətərlə münaqişəsində Qətərin tərəfini tutmaq kimi məsələlərdə.
Bütün bunları bir tərəfə qoysaq, Ərdoğanın İran və Rusiya ilə yaxın münasibətlər qurmaqda əsas məqsədi Suriya kürdlərinin Türkiyəyə doğru irəliləməsinin qarşısını almaqdır. Ərdoğan bu hərəkəti ilə Suriya və İraq kürdləri qarşısında ortaq strateji ittifaq yaratmaq idi. Ona görə də Tehran və Ankara müstəqil kürd hökumətinin yaranması ilə bağlı Barzaninin referendum keçirməsi haqda açıqlamasına sərt reaksiya verdilər.
Sözsüz, Ərdoğanın İran və Rusiya yaxınlaşmasındakı məqsədlərin həyata keçib-keçməyəcəyi barədə şübhələr mövcuddur. Bunun da səbəbi Türkiyə ilə bu iki ölkə (İran və Rusiya) arasında qədim münasibət rəqabətinin olmasıdır.
Ankaranın Tehran və Moskva ilə əməkdaşlığı Suriya kürdlərinin irəliləməsindən qorxduğu üçün idi. Amma bu əməkdaşlığın dərinləşməsi tələb edir ki, Ərdoğan Ankaranın yeni regional siyasətlərində Fars körfəzinin ərəb ölkələri, xüsusilə də Ərəbistanla düşmənçiliyi də nəzərə alsın. Çünki Ankara ərəb qonşularının çəkişməsində Qətərin yanında dayanmışdır.
İrana yaxınlaşmaq Türkiyəni məcbur edir ki, İranın Suriya, İraq, Bəhreyn və Yəmənlə bağlı siyasətlərində bitərəf mövqe tutsun. Bundan əlavə, Türkiyənin Dəməşq hökumətinə yaxınlaşmaq üçün təlaşları, onun Suriyanın müxalifləri sırasında olan müttəfiqləri ilə münasibətlərini pozur.
Şübhəsiz, kürdlərin müstəqil dövlət qurmalarına qarşı Türkiyə və İran arasında hər hansı razılaşma, Tehranın Suriya və İraqda nüfuzunu möhkəmləndirir və bu, İranın regionda siyasətləri üçün birbaşa nailiyyətdir. İran yaxşı bilir ki, Ankaranın Tehran və Moskvaya yaxınlaşması Trampın kürdlərlə bağlı siyasətini rədd etməkdir.
 
 
 
  • Yazılıb
  • da (də) 2017 Sep 12
  • Göndərən مدير سايت Aran News