Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün xaric-fiqh dərsinin əvvəlində Myanmada baş verən faciəli hadisələrdən danışıb, beynəlxalq qurumlar və insan haqları carçılarının bu faciələr qarşısında sükut etməsini pisləyib
Arannews_unr-az.com istinadən xəbərə:Ayətullah Xamenei bildirib ki, bu məsələnin həll yolu müsəlman ölkələrin əməldə addımlar atması ilə mümkündür. “Əlbətdə əməldə addımlar atmaqdan məqsəd ordu yeritmək deyil, müsəlman ölkələr Myanmanın qəddar hökumətinə qarşı siyasi, ticari və iqtisadi təzyiqləri artırmalıdır. Müsəlman ölkələr bu cinayətlər əleyhinə beynəlxaq tribunalarda fəryad etməlidir.”
Ayətullah Xamenei Myanmada baş verən faciələrin müsəlmanlar və buddistlər arasında məzhəb qarşıdurması kimi təqdim edilməsini səhv adlandırıb. “Əlbətdə ola bilər bu hadisədə məzhəb təssübkeşliyinin təsiri olsun lakin məsələ siyasi məsələdir. Ona görə ki, bu faciənin icraçısı Myanma hökumətidir və onun başında da Nobel sülh mükafatı qazanan qəddar bir qadın dayanır. Bu hadisələr, əslində, Nobel sülh mükafatının ölümünü göstərdi"
Ayətullah Xamenei əlavə edib ki, bu faciələr İslam ölkələri, beynəlxalq təşkilatlar və insan haqları müdafiəsi iddiasında olan ikiüzlü və yalançı hökumətlərin gözü qarşısında Myanmanın qəddar hökuməti tərəfindən törədilir.
Ali Rəhbər BMT baş katibinin Myanmada baş verənləri pisləməklə kifayətlənməsini tənqid edib və bildirib ki, insan haqları çarçıları bəzi vaxtlar bir ölkədə olan bir cinayətkarı cəzalandırmaq üçün səs-küy salırlar lakin Myanmada on minlərlə insanın qətliamı və didərgin salınması qarşısında heç bir reaksiya vermirlər.
Ayətullah Xamenei İslam Əməkdaşlıq Təşkilatının Myanmada baş verən faciələrlə bağlı konfrans keçirməsinin zəruriliyini vurğulayıb və deyib ki, bu günki dünya zülmlə doludur. “İran İslam Respublikası dünyanın hər hansı bir yerində sionistlərin işğal etdiyi torpaqlarda , Yəməndə, Bəhreyndə və Myanmda olunan zülmlərə qarşı cəsarətli və aşkara mövqe bildirməkdən qürur duymalıdır.”/maide/