Aidiyyatı qurumun nümayəndələri turları təşkil edən qrup rəhbərləri ilə görüş keçirib.
arannews:İslamazeri.com xəbər verir ki, müqəddəs məkanlara səfər təşkil edən turların fəalliyyətdə dəyişiklik olub. Belə ki, zəvvarların yolçuluğu yeni qaydalar çərçivəsində həyata keçiriləcək.
Azərbaycandan Kərbəla və Məşhəd ziyarətlərinə səfər təşkil edən tur şirkətlərinin fəaliyyəti ciddi nəzarətə götürülüb. Qrup rəhbərlərinin iştirakı ilə aidiyyatı qurumun nümayəndələri arasında Qədir Xum mərasim evində iclas keçirilib. İclasda verilən tapşırığa əsasən, Kərbəla və Məşhəd ziyarətlərinin təşkili üzrə baş ofislər seçilib.
Bundan sonra Kərbəla ziyarətinin təşkili zamanı zəvvarlardan yığılan məbləğ 350 dollar, qəbul qiyməti isə 300 dollar olacaq. Qrup rəhbərinə isə bu səfərin təşkili üçün 50 dollar zəhmət haqqı veriləcək.
Məşhəd ziyarəti üçün zəvvarlardan yığılan məbləğ 100 dollar, ofisə qəbul qiyməti isə 10 dollar olacaq.
Kərbəla ziyarəti zamanı avtobus, otel və digər işlərin təşkili baş ofisin, Məşhəd ziyarəti zamanı isə bu iş qrup rəhbərlərinin və turizm şirkətlərinin öhdəsinə buraxılıb.
Qeyd edək ki, hər kəs üzərində zəvvarların sayı və şirkətin möhürü olan buraxılış vərəqələri ilə yola düşəcək.
Məlumata görə, qiymətlərdə dəyişiklik edənlər sərt şəkildə cəzalandırılacaq.
Aldığımız məlumata görə, səfər təşkil edən şirkətlərdən bir neçəsi artıq cəzalandırılıb və fəaliyyətlərinə son qoyulub.
Kərbəla və Məşhəd ziyarət turlarında qaydalar dəyişildi