Beynəlxalq Əfv Təşkilatı Ərəbistanın başçılığı ilə koalisiya qüvvələrinin Yəmənə hava hücumları etməkdə və dinc sakinləri, o cümlədən uşaqları qətlə yetirməkdə suçlayıb.
AranNews – “BBC”-nin verdiyi xəbərə görə, insan haqlarını müdafiə edən Beynəlxalq Əfv Təşkilatının 12 sentyabrda yayılan raportuna əsasən, Ərəbistanın başçılığı ilə koalisiya qüvvələrinin Yəmənə qarşı son hava hücumlarında 4 yaşayış evi, 1 qida maddələri satan mağaza bombalanmış və nəticədə 39 dinc sakin, o cümlədən 26 uşaq həlak olmuşdur.
Beynəlxalq Əfv Təşkilatı koalisiya qüvvələrinin bu hücumnu müharibə cinayətinin nümunəsi adlandırıb.
İndiyədək bir sıra insan hüquqları müdafiə təşkilatları koalisiya qüvvələrini dinc sakinləri qətlə yetirməkdə və müharibə cinayətlərinə mürtəkib olmaqda ittiham etsə də, Ərəbistan buna məhəl qoymamışdır.
BMT-nin bazar ertəsi yaydığı məlumatda qeyd olunur ki, Ərəbistanın başçılığı ilə koalisiya qüvvələrinin Yəmənə qarşı hava hücumlarında 5 min mülki vətəndaşın həlak olmasını təsdiq etmək olar.