Tarix : 2017 Sep 16
Kod 52785

Azərbaycan neft və qaz istehsalını azaldıb

Neft hasilatı 9,3%, əmtəəlik qaz hasilatı isə 4,1% azalıb
2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 17,3 mlrd. manat olmaqla əvvəlki ilin analoji dövrünə nisbətən 7% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 25,5 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 12,1 mlrd. kubmetr təşkil edib. Neft hasilatı 9,3%, əmtəəlik qaz hasilatı isə 4,1% azalıb.



  • Yazılıb
  • da (də) 2017 Sep 16
  • Göndərən مدير سايت Aran News