Ali Məqamlı Rəhbərin informasiya blokunun verdiyi məlumata görə, həzrət Ayətullah Xamenei çərşənbə axşamı günü fiqhin xaric dərsində Myanmada baş verən faciəyə toxunub, beynəlxalq təşkilatların və insan haqları carçılarının bu faicə qarşısında sükut etdiyini və bir tədbir görmədiyini kəskin tənqid edib, hadisənin həll yolunun müsəlman ölkələrinin qəddar Myanma dövlətinə qarşı siyasi və iqtisadi təzyiqlərində olduğunu vurğulayıb.
Həzrət Ayətullah Xamenei deyib: “İran İslam Respublikası dünyanın hər bir yerində baş verən zülmə qarşı açıq və şücaətli mövqe göstərməlidir”.
İnqilabın Böyük Rəhbəri Myanma faciəsini müsəlmanlarla buddistlər arasında dini bir qarşıdurma səviyyəsində izah etməyin səhv olduğunu bildirərək deyib: “Bu hadisəyə dini təəssübkeşliyin də təsir qoyması mümkündür. Ancaq hadisə siyasi bir hadisədir. Çünki onun icraçısı Myanma dövlətidir və bu dövlətin başında Nobel sülh mükafatı almış qəddar bir qadın dayanır. Bu hadisələrlə həqiqətdə Nobel mükafatı öldü”.
Ali Məqamlı Rəhbər Myanmada baş verən faciə ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının toplanmasını zəruri sayaraq deyib: “Müasir dünya zülm dünyasıdır. İran İslam Respublikası dünyanın hər yerində – istər sionistlərin işğal etdikləri ərazilərdə, istər Yəmən və Bəhreyndə, istərsə də Myanmada baş verən zülmlərə qarşı öz açıq və şücaətli mövqeini nümayiş etdirmək iftixarını qorumalıdır”.