AXCP sədri deyib ki, mitinq OCCRP-nin araşdırılmaları ilə üzə çıxan 3 milyardlıq yeyinti faktı ilə bağlıdır. Aksiyada xalqın oğurlanmış pullarının geri qaytarılması tələb olunacaq:
Aran Agentiliyi: Milli Şura mitinq keçirməyə qərar verib. Təşkilat sentyabrın 23-də, saat 15:00-da "Məhsul" stadionunda mitinq edəcək. Bu barədə AXCP sədri Əli Kərimli yaydığı videomüraciətində məlumat verib. Onun sözlərinə görə, artıq Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.
AXCP sədri deyib ki, mitinq OCCRP-nin araşdırılmaları ilə üzə çıxan 3 milyardlıq yeyinti faktı ilə bağlıdır. Aksiyada xalqın oğurlanmış pullarının geri qaytarılması tələb olunacaq:
“Korrupsionerlərin, oğruların məsuliyyət daşımasını tələb edəcəyik. Bəri başdan izahat vermək istəyirəm ki, dəfələrlə bazar gününə mitinq təyin etmişik, vaxtını 3 gün qalmış dəyişiblər. Əllərinə bəhanə verməmək üçün mitinqin vaxtını şənbə gününə təyin etmişik. İzahat vermək istəyirəm ki, biz şəhərin mərkəzində, “Tarqovı”-da mitinqlər təşkil etmişik. Bizim bu təcrübəmiz var. Sonuncu dəfə cəbhəçilər razılaşdırılmamış aksiyanı 1 ay öncə Ədliyyə Nazirliyinin qarşısında keçirib. Biz şüurlu şəkildə, razılaşdırılmış aksiya keçirmək istəyirik ki, burada bütün xalq iştirak etsin. Bu mitinq ümumxalq mitinqi olsun”.