Tarix : 2017 Sep 17
Kod 52795

Türkiyədəki məhbusların 30 faizi tələbələrdir

Türkiyənin əsas müxalifət partiyası məhbuslarla bağlı məlumat yayıb.
arannews:İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyədə həbsxanada olan hər 3-cü məhbus tələbədir. Müxalif “Cumhuriyyet Halk Partisi”nin üzvləri Ədliyyə Nazirliyinə sorğu göndərərək belə bir nəticəyə gəliblər.
Məlum olub ki, hazırda Türkiyədəki cəzaçəkmə müəssisələrində 197297 nəfər məhbus var. Onlardan da 69301-i litsey və ali məktəbdə təhsil alanlardır.
“Bu o deməkdir ki, Türkiyədəki hər 3-cü məhbus tələbədir.”, - deyə adıçəkilən partiyadan olan deputat Qəmzə Akkuş İlgezdi bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə həbsxanalarda olan tələbə sayı indikindən 25 dəfə az olub.

  • Yazılıb
  • da (də) 2017 Sep 17
  • Göndərən مدير سايت Aran News